"Zəfər" Günü videosu yayılan əsalı şəxsin müharibədə yaralanmadığı məlum oldu - VİDEO
![](https://anews.az/photo/850x500/2021-11/1636976947_qazi.jpeg)
Zəfər günü Dənizkənarı Milli Parkda təşkil edilən atəşfəşanlıq zamanı bayramı qeyd edən insanların içərisində əsa ilə gəzən və fişəng səslərinin ona pis təsir etdiyi görüntüsünü yaradaraq özünü qazi kimi təqdim edən şəxslə bağlı araşdırma aparılıb.
Həmin görüntülərdə hərbi formada və əsa ilə gəzən şəxsin fişəng səslərindən narahat olduğu və başını tutaraq aşağı əyilib hərəkət etdiyi görünür.
Qeyd olunub ki, özünü qazi kimi təqdim edən bu şəxs torpaqlar işğaldan azad edildikdən sonra müdafiə məqsədi ilə cəbhə xəttindən bir neçə kilometr aralıda xidmət aparıb. Həmçinin, ümumiyyətlə, yaralanmadığı, ayağında heç bir problem olmadığı məlum olub. Zəfər günü əsadan istifadə etməsinin də görüntü üçün olduğu bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər