Polis xidməti silahından açılan atəşlə öldü

Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.
Bu barədə DİN Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.
Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər