Müdir keçmiş işçisinin pulunu mənimsəyib? - GƏDƏBƏYDƏN ŞİKAYƏT
![Müdir keçmiş işçisinin pulunu mənimsəyib? - GƏDƏBƏYDƏN ŞİKAYƏT Müdir keçmiş işçisinin pulunu mənimsəyib? - GƏDƏBƏYDƏN ŞİKAYƏT](https://anews.az/photo/850x500/2021-11/1638255789_4233073.png)
Gədəbəy sakini Hüseyn Qənbərov Anews.az-a göndərdiyi şikayət məktubunda bildirib ki, Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov onun 1500 manatını mənimsəyib.
"2018-ci ilin dekabrından 2020-ci ilin iyununa kimi Əkbər Kazımovun tabeçiliyində olan Gədəbəy Kommunal Müəssisələri Kombinatında baş mühəndis işləmişəm. Həmin dövrdə rayonda yol kənarındakı bardürlar rənglənməli idi. Ona çəkilən boyalar rayon bazarlarında olmadığından axtarıb Gəncədən tapdım. Bu barədə Əkbər Kazımova bildirdim. Mənə dedi ki, al gətir, idarədə ödəyəcəm. Öz şəxsi pulumla 1500 manatlıq boya aldım. Artıq 2 ilə yaxındır müxtəlif bəhanələrlə pulumu ala bilmirəm", - deyə Hüseyn Qənbərov şikayət edir.
Onun sözlərinə görə, müdir tək ona deyil, digər işçilərə qarşı da qanunsuz davranır.
"DOST MMC-nin içşiləri formal olaraq Kommunal Müəssiləri Kombinatının tabeçiliyindədir. Bu tabeçilikdən süi-istifadə edən Əkbər Kazımov Gədəbəy Poladlı kəndində öz şəxsi evinin və biznes obyektinin tikintisində həmin şəxsləri heç bir ödəniş etmədən usta və fəhlə kimi işlədir. Həmin tikintidə istifadə edilən texnikalar da Kommunal Müəssilər Kombinatına aiddir" - , deyə Qənbərov əlavə edib.
Məsələ ilə bağlı Əkbər Kazımov ilə əlaqə saxladıq. Məsələni izah etdikdən sonra telefonu söndürdü və növbəti cəhdlərdə də zənglərə cavab vermədi. Bizə cavab verəcəyi təqdirdə onun mövqeyini işıqlandırmağa hazırıq.
Şikayətçinin göndərdiyi Əkbər Kazımovun şəxsi ev və biznes obyekti tikintisində DOST MMC-nin işçilərini və idarənin texnikalarını işlətdiyinə dair göndərdiyi videomaterialı təqdim edirik.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)