• $
  • €
  • ₽
  • ₺
  • £

Elşad İskəndərova yeni vəzifə verildi

Elşad İskəndərova yeni vəzifə verildi
09.05.2014 14:01

İskəndərov Azərbaycanı rəsmən təmsil edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov yenidən Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Baş katibi seçilib. 

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, Forumun İstanbuldakı Baş Qərargahından verilən məlumata görə,  İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq qurum olan forumun İdarə heyətinin bu barədə müvafiq qərarını DƏ-İKGF-nin prezidenti Əli Sarıkaya mayın 6-da imzalayıb.

Qərarda həmçinin E.İskəndərova forumun bu il keçiriləcək Baş Assambleyasının Təşkilat Komitəsinə başçılıq etmək də həvalə edilib. Fövqəladə və səlahiyyətli səfir diplomatik ranqında olan E.İskəndərov bu vəzifədə Azərbaycanı rəsmən təmsil edəcək.

Qeyd edək ki, İƏT-in 57 üzv ölkəsindən 41-də təmsil olunan forum beynəlxalq təşkilat statusunda fəaliyyət göstərir. Qurumun Baş Qərargahı Türkiyədə, Avrasiya Regional Mərkəzi isə Azərbaycanda diplomatik təsisat kimi akkreditasiyadan keçib. DƏ-İKGF növbəti Baş Assambleyasının 2014-cü ildə keçirilməsi haqqında qərar Forumun İdarə Heyəti tərəfindən bu ilin yanvar ayında qəbul edilib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol