• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi əhaliyə xəbərdarlıq etdi

Təhsil Nazirliyi əhaliyə xəbərdarlıq etdi
09.05.2014 11:17

Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmədiyini və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadığını bir daha bəyan edib. 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, vətəndaşların nəzərinə bir daha çatdırılıb ki, xaricdə təhsil işi ilə məşğul olan şirkətlərinin xidmətlərindən istifadə edərkən daha diqqətli olsunlar: 

 “Bu şirkətlərin fəaliyyətindən irəli gələn çətinliklərin tələbə və gənclərimizin taleyi ilə birbaşa əlaqəli olduğunu nəzərə alaraq bildiririk ki, Təhsil Nazirliyinə bir şikayətin belə daxil olması bizi dərindən narahat edir. Bəzi vətəndaşlar sadəcə xaricdə təhsil xətrinə bu cür vasitələrdən istifadə etsələr də, onlar nəzərə almalıdırlar ki, təhsil hər zaman əldə edilmiş bilik və bacarıqlar əsasında qiymətləndirilir. Bu bilik və bacarıqlar gənclərimizin hərtərəfli inkişafında və gələcəkdə layiqli işlə təmin olunmalarında müstəsna rol oynayır. Təəssüf ki, bəzi şirkətlər tərəfindən reytinqi və təhsilinin keyfiyyəti qat-qat aşağı olan universitetlərə sadələşdirilmiş yollarla (attestatla) tələbə qəbulu təşkil edilir ki, burada yüksək təhsildən söhbət gedə bilməz. Nəticədə bu tələbələr həm zəmanənin, həm də əmək bazarının tələbləri ilə uyğunlaşmada ciddi çətinliklərlə üzləşmə təhlükəsi ilə qarşılaşa bilərlər”.Nazirliyi narahat edən digər hal isə odur ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqənin tam ödənişsiz qaydada həyata keçirilməsinə baxmayaraq, sənəd qəbulunda iştirak etmək məqsədilə şirkətlər tərəfindən vətəndaşlardan kifayət qədər xidmət haqqı tələb olunur: “Halbuki, müasir İKT bacarıqlarından yararlanan və təhsil almaq istədiyi ölkənin tədris dilini bilən gənc həm xarici ali məktəbə qəbul prosesini, həm də Dövlət Proqramına sadələşdirilmiş elektron ərizə üzrə müraciəti özü həyata keçirə bilər. Bundan əlavə, bəzi şirkətlər gənclərimizə Dövlət Proqramı ilə bağlı müxtəlif həqiqəti əks etdirməyən vədlər verir və beləliklə, qanunu ciddi qaydada pozmaqla yanaşı, onların valideynlərini böyük maddi çətinliklərlə üz-üzə qoyur. Belə hallarla rastlaşan tələbə və valideynlərdən diqqətli olmalarını, heç bir şəxs və şirkətlər tərəfindən verilən vədlərə inanmamalarını və Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat vermələrini xahiş edirik”.

 Hazırda Təhsil Nazirliyi Dövlət Proqramına sənəd qəbulu və seçim prosesinin sadələşdirilməsi istiqamətində işləri davam etdirir və Dövlət Proqramında iştirak etmək arzusunda olan tələbələrə birbaşa nazirliyə müraciət etmələrini tövsiyə edir.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol