• $
  • €
  • ₽
  • ₺
  • £

“Gəzən kitabxana” daha 15 rayona səfər edəcək

“Gəzən kitabxana” daha 15 rayona səfər edəcək
07.05.2014 20:23
“Gəzən kitabxana” layihəsi davam edir. 
 
Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, GİN-in dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) həyata keçirdiyi “Gəzən kitabxana” Azərbaycanın bütün rayonlarını gəzəcək sonda isə Bakıya qayıdacaq.
 
Bu günə qədər Tovuz, Qazax, Quba, Lənkəran, Astara, Cəlilabad, Gəncə və Mingəçevirdə olan “Gəzən kitabxana” layihəsinin əsas məqsədi kitabları fərqli şəkildə, fərqli məkanda və fərqli formada gənclərə təqdim etməklə onların kitab oxumağa olan marağını artırmaq, çətin əldə olunan, qiymətli kitabları daha asan yolla əldə edib yararlanma imkanı yaratmaq, əhalinin maariflənməsi işinə dəstək göstərməkdir.
 
İcrasına 2012-ci ilin noyabr ayından başlanmış layihənin təntənəli açılış mərasimi 7 aprel 2013-cü ildə Bakıda olub. Səyyar kitabxananın açılış lentini Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva kəsib.
 
“Gəzən kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada on min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada üç dildə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə  də təchiz olunub.
 
Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisas və ali məktəblərin tələbələri üçün dərsliklər və test imtahanlarına aid kitablar təqdim edilir.
 
Qeyd edək ki, kitab fondu zənginləşdirilmiş, xüsusilə elektron kitab bazası yenilənmiş “Gəzən kitabxana”nın bu ilin sonuna qədər 15 rayona səfəri nəzərdə tutulur. 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol