Ön cəbhədən arxa cəbhəyə uzanan həmrəylik - VİDEOREPORTAJ
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Azərbaycanlıların əksəriyyətinin fikrincə, İkinci Qarabağ Müharibəsində hər kəs həmrəy oldu, ön cəbhədə vuruşanlar ilə arxa cəbhədə mübarizə aparanlar dünyaya azərbaycanlıların həmrəyliyini nümayiş etdirdi.
İkinci Qarabağ Müharibəsi zamanı azərbaycanda internetə məhdudiyyət qoyulmuşdu. Lakin arxa cəbhənin böyük bir qismi bu əngəli aşaraq informasiya müharibəsinin aktiv iştirakçısı olmuşdu. Camal Rzayev bildirir ki, bu müharibəyə xarici jurnalistlər də qoşulmuşdu.
Müharibə dönəmində həkimlərin fəaliyyəti arxa cəbhədəki ən vacib məqam idi. Çünki ön cəbhədə yaralananların sağalması üçün gecələrini-gündüzlərinə qatırdılar. Belə həkimlərdən biri Anar Yusifov idi.
Arxa cəbhədə mübarizə aparanlardan biri də Bakı Dövlət Universitetinin tələbəsi Rauf Şirinov olub. O, ətrafına yüzlərlə könüllünü toplayaraq orduya yardım kampaniyaları başlatmışdı.
Müharibə zamanı türkiyədə yaşayan Atababa Mənəfov bildirdi ki, savaş zamanı azərbaycanlıların həmrəylik bağına türk xalqı da qoşulmuşdu
İkinci Qarabağ Müharibəsi zamanı azərbaycanda internetə məhdudiyyət qoyulmuşdu. Lakin arxa cəbhənin böyük bir qismi bu əngəli aşaraq informasiya müharibəsinin aktiv iştirakçısı olmuşdu. Camal Rzayev bildirir ki, bu müharibəyə xarici jurnalistlər də qoşulmuşdu.
Azərbaycan xalqının müharibə əleyhinə olan nümayəndələri olsa da, əksəriyyətin həmrəy olduğu bir fikir var idi, az itki ilə torpaqların azad olması.
Ətraflı videoreportajda:
Hazırladı: Ləman Qasımova
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV
Rəsmi Youtube kanalımız