• $
  • €
  • ₽
  • ₺
  • £

"Çoban Xanış"ın oğlu arvadını öldürdü - Lerik polisindən açıqlama+YENİLƏNİB

"Çoban Xanış"ın oğlu arvadını öldürdü - Lerik polisindən açıqlama+YENİLƏNİB
07.05.2014 11:40

"Çoban Xanış"ın  oğlu Nazim Şahıyev barəsində  həyat yoldaşını döydüyü üçün dəfələrlə Lerik rayon polis şöbəsində araşdırma aparılıb.Lerik rayon polis şöbəsinin növbətçi hissəsindən publika.az-a bildirilib ki, Səkinə Əliyeva həyat yoldaşı Nazim Şahıyev barəsində şöbəyə dəfələrlə şikayət ərizəsi ilə müraciət edib. Ərizə əsasında araşdırma aparılıb və müvafiq tədbirlər görülüb.Şöbədən bildirilib ki, sözügedən ailə münaqişəli ailə olub. Sahə müvəkkili mütəmadi olaraq həmin ailə ilə görüşüb, söhbətlər aparıb.Sahə müvəkkili Ülfət Novruzov publika.az-a bildirib ki, Şahıyevin ailəsi münaqişəli ailə kimi şöbədə qeydiyyatda olub.  “Polis şöbəsi Səkinə Əliyevanın şikayətləri əsasında təhqiqat, araşdırma aparıb, Şahıyev bölməyə çağrılıb. Rayon məhkəməsi  N.Şahıyevi dəfələrlə cəzalandırıb. Ona 15 sutka inzibati həbs, 8 ay azadlıqdan məhrumetmə cəzaları kəsilib” -, sahə müvəkkili deyib.Onun sözlərinə görə, N.Şahıyev son dəfə bir neçə gün öncə xuliqanlıq hərəkətlərinə görə məhkəmənin qərarı ilə 200 manat məbləğində cərimələnib.Xatırladaq ki, “Çoban Xanış” kimi tanınan mərhum Xanış Şahıyevin oğlu Nazim Şahıyev ailə münaqişəsi zəminində həyat yoldaşı Əliyeva Səkinə  Şaban qızını qətlə yetirib.Mərhumun yaxınları publika.az-a deyiblər ki, o,bir neçə dəfə ərizə ilə Lerik rayon İH-nə və rayonun hüquq-mühafizə orqanlarına müraciət edib ki, həyat yoldaşı tərəfindən təhdid edilir və  onu qətlə yetirə bilər. Amma bu müraciətlərə heç bir  reaksiya verilməyib.Qeyd edək ki, Nazim Şahıyevin qətlə yetirdiyi həyat yoldaşı iki uşaq anasıdır və 1975-ci ildə anadan olub. O, Lerik rayon  xəstəxanasında xadimə işləyib.ANN.Az

***

10:21

Arvadının ondan 102 xidmətinə şikayət etməsi Nazim Şahıyevin xoşuna gəlməyib

Lerik rayonunda ağır qətl hadisəsi baş verib.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Nazim Xanış oğlu Şahıyev həyat yoldaşını qətlə yetirib. Hadisə ötən gün axşam saat 19-radələrində baş verib.Belə ki, Nazim Şahıyev axşam saatlarında sərxoş vəziyyətdə evə gəlib. Arvadı, 1975-ci il təvəllüdlü Səkinə Şaban qızı Əliyeva ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Bu zaman qadın həyətə düşərək Daxili İşlər Naziriliyinin 102 xidmətinə zəng edərək əri tərəfindən təhdidlərə məruz qaldığını bildirib. Arvadını izləmək üçün çölə çıxan kişi onun adıçəkilən xidmətə zəng etdiyini görüb. O evə qayıdara mətbəx bıçağını götürüb. Qadını bıçaqlamaq üçün onun arxasınca qaçmağa başlayıb. Bu zaman Səkinə Əliyeva qaçaraq qonşunun həyətinə girmək istəsə də, buna nail ola bilməyib.N.Şahıyev ona qonşunun qapısının yanında 6 bıçaq zərbəsi vurub. Qadın xəstəxanaya çatrılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Lerin rayon prokurorluğunun müstəntiqi Abdulla Abdullayev onların boşansalarda bir evdə yaşadıqlarını bildirib. Onun szölərinə görə, təqsirləndirilən şəxs artıq saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.Qeyd edək ki, N.Şahıyev çoban kimi tanınan Xanış kişinin oğludur. Xanış kişi 2009-cu ildə 77 yaşında vəfat edib. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol