• $
  • €
  • ₽
  • ₺
  • £

Səfər Əbiyev üzə çıxdı – Sabiq nazir Bakıdaymış

Səfər Əbiyev üzə çıxdı – Sabiq nazir Bakıdaymış
07.05.2014 10:50
Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərinin istintaqa cəlb edildiyi, bəzilərinin həbs olunduğu bir vaxtda keçmiş nazir Səfər Əbiyevin də bu proseslərə cəlb olunması barədə məlumatlar yayılır. 
Ağır cinayətlərdə suçlanan nazirlik əməkdaşlarına qarşı sürülən ittihamların bir ucunun keçmiş nazirə dirənməsi Səfər Əbiyev ətrafında halqanın daralmasını deməyə əsas verir. Nəzərə alsaq ki, təqsirləndirilən şəxslər Əbiyevin əsas kadrları hesab olunur, onda təhlükənin daha real olmasını isbatlamağa ehtiyac yoxdur. Belə olduğu halda nazirin niyə istintaqa cəlb edilməməsi sualı yaranır.
Bu suala cavab olaraq bəzi mətbu orqanlar Əbiyevin ölkəni tərk etməsi barədə məlumatlar yayıb. Məlumatlarda bildirilir ki, o, həbs olunmasının real olduğunu düşünüb, ölkəni birdəfəlik tərk edib. Amma dünən AzNews.az saytının əməkdaşı təsadüfən keçmiş naziri Bakıda, Yasamal rayonu ərazisində görüb. 
Əməkdaşımızın sözlərinə görə, Səfər Əbiyev Mətbuat prospektindən, “Yasamal bazarı” istiqamətinə gedib və yaxınlıqdakı yündürmərtəbəli binanın həyətinə girib. Sabiq nazir “Mersedes” markalı avtomobildə olub. Avtomobili sürücü idarə edirmiş. Sonradan məlum olub ki, həmin binada Səfər Əbiyevin oğlu Roman Əbiyev yaşayır.
AzNews.az 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol