• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

London Məhkəməsi Eldar Mahmudovun övladlarının iddiasını rədd etdi

London Məhkəməsi Eldar Mahmudovun övladlarının iddiasını rədd etdi
14.01.2022 22:52
İngiltərə və Uelsin Yüksək məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun övladlarının diffamasiya barədə iddiasını rədd edib.

Anews.az  virtualaz.org-a istinadən xəbər verir ki, Eldar Mahmudovun oğlu Anar və qızı Nərgiz bu iddianı Barselona qəzeti "El Periodico” daxil olmaqla, beş ispan nəşrinə qarşı qaldırmışdı.

Bildirilir ki, Mahmudovun övladları 2020-ci ilin mayında "Prensa Lberica” mediaqrupuna daxil olan nəşrlərdə dərc edilmiş məqalədən məhkəməyə şikayət edib. Həmin məqalələrdə keçmiş MTN rəhbərinin və onun ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburqdakı çoxsaylı daşınmaz əmlakından, biznes aktivlərindən bəhs edilirdi. Hansı ki, həmin əmlak Eldar Mahmudovun nazir statusunda cinayət yolu ilə qazandığı vəsaitlər hesabına əldə olunub.

"El Periodico” qəzeti yazır ki, Anar və Nərgiz Mahmudovların verdiyi şikayət təmin olunsaydı təhlükəli presedent yaradardı və informasiya azadlığını təhdid edərdi. Axı iddiaçılar KİV-lərə qarşı onların aid olduğu yurisdiksiyadan kənarda iddia qaldırmışdılar. Yəni onlar ispan məhkəməsinə deyil, Britaniya məhkəməsinə müraciət etmişdilər. Bu da "Prensa Lberica” mediaqrupunu məcbur edib ki, onun üçün yad olan normativ-hüquqi bazada özünü müdafiə etsin və nəticədə, ispan məhkəmələrində olduğundan daha çox xərc çəksin.
Nəticədə, Britaniya məhkəməsi Mahmudovların iddiasını rədd edib, hesab edib ki, dərc edilən məqalələrin Britaniyada onların maraqlarına zərbə vurduğuna dair yetərli dəlillər yoxdur.

Eldar Mahmudovun ailəsinin İspaniyadakı tarixi qəsri və ferması

İspaniyada isə Mahmudovların sərvəti barədə məqalələr "El Periodico” nəşri ilə yanaşı, "Diario de Mallorca”, "Diario de Córdoba”, "Opinión de la Coruña” və "Regió7” nəşrlərində də dərc edilmişdi. İddiada cavabdeh qismində onların da adları yer alırdı. Lakin iddiada Britaniyanın "The Observer” nəşri, "Finance Uncovered” və "Organised Crime and Corruption Reporting Project" kimi jurnalist araşdırmaları təşkilatları yer almayıb. Hansı ki, onlar "Cayman National Bank"dan sızmış sənədlər əsasında Mahmudovların qanunsuz sərvəti barədə ispan nəşrləri ilə birlikdə araşdırma aparmışdı.
Mahmudovun ailə üzvlərinin Avropa boyu səpələnmiş çoxsaylı mülklərindən bir qisminin fotoları:





Mahmudovların Britaniya nəşrləri ilə məhkəmə çəkişməsinə girməkdən çəkinməsi maraq doğurur. Xatırladaq ki, həmin araşdırmada Mahmudovun ailə üzvlərinin Avropa ölkələri boyu səpələnmiş və ümumi dəyəri 100 milyon avrodan çox olan mülkləri, o cümlədən, çoxsaylı ofşor şirkətləri barədə bəhs edilirdi.

Hesab olunur ki, Eldar Mahmudov nazir olarkən ölkədən xarici ofşorlara milyardlarla dollar çıxarıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alimin 70 yaşında aldığı ordeni uğurlu idmançı 20 yaşında ala bilər - Deputat
Cəmiyyət 11:14
Alimin 70 yaşında aldığı ordeni uğurlu idmançı 20 yaşında ala bilər - Deputat
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Cəmiyyət 11:07
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Deputat fiziki məhdudiyyətli idmançıların problemlərini dinləməyi təklif edib
Cəmiyyət 11:06
Deputat fiziki məhdudiyyətli idmançıların problemlərini dinləməyi təklif edib
Azərbaycanda cib bıçaqlarının satışının qadağan olunması təklif olunur
Cəmiyyət 10:52
Azərbaycanda cib bıçaqlarının satışının qadağan olunması təklif olunur
Buraxılış və qəbul imtahanlarının qrafiki açıqlanıb
Cəmiyyət 10:48
Buraxılış və qəbul imtahanlarının qrafiki açıqlanıb
Bakının Xəzər rayonunun bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:44
Bakının Xəzər rayonunun bəzi ərazilərində işıq olmayacaq
Milli Məclisdə idman gününə həsr olunan müzakirə keçiriləcək
Cəmiyyət 10:37
Milli Məclisdə idman gününə həsr olunan müzakirə keçiriləcək
Cinayətdə şübhəli bilinən 60 nəfər tutulub
Cəmiyyət 10:28
Cinayətdə şübhəli bilinən 60 nəfər tutulub
Milli Məclisdə 2026-cı il üzrə gənclərlə bağlı tədbirlər planı hazırlanıb
Cəmiyyət 10:24
Milli Məclisdə 2026-cı il üzrə gənclərlə bağlı tədbirlər planı hazırlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol