Sumqayıtda etiraz - "Bu ölkənin yiyəsi yoxdur?! Parkda tikinti davam etsə, buranı partladacağıq"
![Sumqayıtda etiraz - Sumqayıtda etiraz -](https://anews.az/photo/850x500/2022-01/1642523401_56ba2504-a062-43c7-b225-19e98024755b.jpg)
Sumqayıt sakinləri yaşadıqları ərazinin yaxınlığındakı parkın hasarlanaraq içərisində tikinti aparılmasına narazılıq edir.
Sakinlərin sözlərinə görə, istirahət yerləri olan bu parkdakı tikinti barədə onlara heç bir məlumat verilmir, şikayətləri isə cavabsız qalır.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Hazırda tikintinin getmədiyini, məsələni araşdırıb məlumat verəcəklərini bildirdilər. Sonradan İcra Hakimiyyətinin nümayəndəsi ilə yenidən əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Ətraflı anews.az saytı videoreportajı sizə təqdim edir:
Hazırladı: Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)