• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı aksiyada saxlanılanlar var - FOTO - YENİLƏNİB

Bakıdakı aksiyada saxlanılanlar var - FOTO - YENİLƏNİB
06.05.2014 15:25
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərə oxunan hökmdən sonra narazı gənclərin aksiya keçirmək cəhdi baş tutmayıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, aksiya zamanı 10-a yaxın gənc saxlanılıb. Digər aksiya keçirən gənclər isə ərazidən uzaqlaşdırılıb.Ərazidəki polislərin verdiyi məlumata görə, saxlanılan şəxslər Səbail rayon polisinə aparılıblar.Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərə oxunan hökmdən sonra narazı gənclər aksiya keçirməyə cəhd edib. Narazı gənclər NİDA-çılara verilən həbs cəzasından narazılıqlarını bildiriblər. Onlar əllərində gənclərin azad olunmasını tələb edən plakatlar tutublar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Xatırladaq ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərin məhkəməsi yekunlaşıb. hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.Hökmə əsasən Şahin Novruzlu 6 il, Məhəmməd Əzizov 7 il 6 ay, Bəxtiyar Quliyev 7 il, Rəşadət Axundov 8 il, Rəşad Həsənov 7 il 6 ay, Zaur Qurbanlı 8 il, İlkin Rüstəmzadə 8 il, Üzeyir Məmmədli 7 il azadlıqdan məhrum olunublar.**** Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərə oxunan hökmdən sonra narazı gənclər aksiya keçirməyə cəhd edib.ANS PRESS-in məlumatına görə, hazırda aktiv gənclər məhkəmənin yerləşdiyi binanın qarşısında toplaşıblar.Narazı gənclər NİDA-çılara verilən həbs cəzasından narazılıqlarını bildirirlər. Onlar əllərində gənclərin azad olunmasını tələb edən plakatlar tutublar. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Polislər narazı gəncləri ərazidən uzaqlaşdırmağa çalışır.Qeyd edək ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərin məhkəməsi yekunlaşıb. hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.Hökmə əsasən Şahin Novruzlu 6 il, Məhəmməd Əzizov 7 il 6 ay, Bəxtiyar Quliyev 7 il, Rəşadət Axundov 8 il, Rəşad Həsənov 7 il 6 ay, Zaur Qurbanlı 8 il, İlkin Rüstəmzadə 8 il, Üzeyir Məmmədli 7 il azadlıqdan məhrum olunublar.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol