• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmədə Gülər Əhmədovanın vəziyyəti pisləşib, təcili yardım çağırılıb

Məhkəmədə Gülər Əhmədovanın vəziyyəti pisləşib, təcili yardım çağırılıb
05.05.2014 14:31
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdəFasilədən sonra hakim bildirib məhkəmədən Ali Məhkəməyə göndərilən sorğuya cavab gəlib. Cavabda Gülər Əhmədovanın müdafiəçilərinin kassasiya şikayətlərinin baxılmamış saxlanıldığı bildirilib.Hakim buna görə də vəkillərə müdafiə çıxışı etməyi təklif edib: “Sizə hazırlaşmaq üçün kifayət qədər vaxt verilib. Əgər çıxış etməsəniz, bu, çıxışdan imtina kimi qiymətləndiriləcək”.Bundan sonra Gülər Əhmədova ilə məsləhətləşmək üçün vəkillərə beş dəqiqə vaxt verilib.Məsləhətləşmədən sonra vəkillərdən Fazil Nemətov və Lətif Ağayev çıxış edərək ittihamların əsassız olduğunu bildirib, Gülər Əhmədova barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş ediblər.Vəkil Əfsər Talıbov çıxış edəndə isə Gülər Əhmədova özünü yaxşı hiss etmədiyini deyib. Məhkəmədə beş dəqiqəlik fasilə elan edilib və prosesə təcili yardım çağırılıb.Beş dəqiqəlik fasilə elan olunsa da, fasilə xeyli müddət davam edib. Vəkillər hazırda Gülər Əhmədovanın müayinə olunduğunu, ürəyinin kardioqramının çıxarıldığını açıqlayıblar.Proses davam etdiriləcək.Qeyd edək ki, bu gün səhər başlanan prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov bildirib ki, məhkəmənin ilkin baxış iclasının qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət olunub. Hakimlər isə qeyd ediblər ki, kassasiya şikayətinin icraata qəbul edilib-edilməməsi ilə bağlı Ali Məhkəməyə sorğu göndərilib və sorğunun cavabını gözləyirlər.Bununla bağlı prosesdə yarım saatlıq fasilə elan olunub.Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmənin ilkin baxış iclasında prosesin qismən istintaqla keçirilməsi, şahidlərin hamısının dindirilməsi barədə  qərar qəbul edilib. Müdafiə tərəfi şahidlərin hamısının dindirilmədiyini, ilkin baxış iclasının qərarına əməl olunmadığını iddia edərək etiraz əlaməti olaraq kassasiya şikayəti verib.Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol