• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdə işləmək istəyənlərin nəzərinə!

Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
05.05.2014 14:27

İdarə rəisi qeyd edib ki, əsas vakant yerlər rayonlarda yaranıb

"Vergilər Nazirliyində bəzi yerlərə vakansiya yaranması və kəskin işçi gücünə ehtiyac olması səbəbindən işə qəbulun vaxtı əvvələ çəkilib". 

ANS PRESS-in məlumatına görə, bu barədə vergilər nazirliyinin insan resursları idarəsinin rəisi Faiq Şahbazov deyib. Bu gün keçirilən brifinqdə açıqlama verən idarə rəisi qeyd edib ki, vakansiya üçün 19 yer müəyyən edilib:

"Bu, nazirliyin keçirdiyi 9-cu işə qəbul prosesidir. Buna qədər keçirilən 8 qəbulda müraciət edənlərin sayı 9261 nəfərdir. Bunlardan isə 997 nəfəri müsabiqə və müsahibə mərhələsindən keçərək Vergilər Nazirliyində müvafiq işlə təmin olunub. 69 nəfər isə kadr ehtiyatında saxlanılıb. Biz bu qəbulu payız aylarına nəzərdə tutmuşduq. Ancaq bəzi yerlərə vakansiya yaranması və kəskin işçi gücünə ehtiyac olması səbəbindən qəbulu bir az əvvələ çəkdik. Vakansiya üçün 19 yer müəyyən edilib. Bu sayın dəyişməsi də istisna deyil". 

İdarə rəisi həmçinin qeyd edib ki, imtahanın ilk mərhələsi iyun ayının 3-də keçiriləcək: "Artıq bu gündən sənəd qəbulu başlayır. Sənəd qəbulu elektron formada qəbul edilir. İstənilən adam internet vasitəsi ilə müraciət edərək sənədlərini bizə təqdim edə bilər. İki iş günü ərzində isə onların sənədlərinin qəbul olunub-olunmaması haqqında müvafiq bildiriş veriləcək. İmtahanların keçirilməsinə bir gün qalmış Nazirliyin müvafiq binasına yaxınlaşaraq buraxılış vəsiqəsi almaq mümkündür. Hazırki müddətədək artıq 25 nəfər sənəd qəbulu üçün müraciət edib". 

İdarə rəisi qeyd edib ki, əsas vakant yerlər rayonlarda yaranıb.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol