• $
  • €
  • ₽
  • ₺
  • £

Elçin Şıxlı: ““Zerkalo” həftədə bir dəfə, “Ayna” isə ayda bir dəfə nəşr olunacaq”

Elçin Şıxlı: ““Zerkalo” həftədə bir dəfə, “Ayna” isə ayda bir dəfə nəşr olunacaq”
02.05.2014 12:45
Gündəlik nəşr edilən “Zerkalo” qəzeti həftədə bir dəfə, həftəlik “Ayna” qəzeti isə ayda bir dəfə nəşr olunacaq. Bunu APA-ya açıqlamasında “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı söyləyib. E. Şıxlı bunun reklam və qəzet satışı sahəsindəki problemlərlə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, metroda və küçədə qəzet satışı dayandırılıb, “Qasid” firması çöküb, qəzet satışı ilə bağlı yeni yaradılan şirkət hələlik işləyə bilmir, yalnız “Qaya” şirkəti hesabına qəzet satışı sahəsində problemləri aradan qaldırmaq da mümkün deyil. Nəticədə qəzet satışından gəlirlər azalıb, reklam isə kasaddır. Baş redaktor qəzetlərin dövriliyinin azalması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna (KİV DF) müraciət etdiyini də açıqlayıb: “Təbii ki, KİV DF ilə müqavilənin şərtləri pozulduğu üçün Fondun sədri Vüqar Səfərliyə məktub yazmışam. Bildirmişəm ki, gündəlikdən həftəliyə keçirik, müqavilədəki şərti yerinə yetirilə bilməyəcəyik, ayda yalnız 5 yazı işıq üzü görəcək. İndi KİV DF-nin Müşahidə Şurası məsələyə baxa, Fondun Nizamnaməsi imkan verərsə, həftəlik formata uyğun, 5 yazıya uyğun vəsait ayıra bilərlər. Bundan artıq mən heç nə tələb edə bilmərəm. Ayırsalar da, ayırmasalar da, çox sağ olsunlar, artıq burada Fondluq bir məsələ yoxdur ”.    E. Şıxlı onu da bildirib ki, KİV DF-nin ayırdığı vəsait qəzetlərlə bağlı xərclərin 1/3 hissəsini ödəyib,  əvvəlki dövriliklə nəşri üçün yetməyib: “Ona görə də nəşri azaltmalı, xərcləri ixtisar etməliyik ki, görək sonradan vəziyyət necə olur. Gələcəkdə KİV DF-nin müsabiqələrində iştiraka gəlincə, tirajımızda xeyli azalma getsə də, KİV DF-nin maliyyə ayrılması ilə bağlı minimumu yerinə yetirə bilirik. Ona görə də növbəti müsabiqələrdə də KİV DF-yə müraciət edəcəyik”. Baş redaktor qəzetlərinin dövriliyinin azalmasının əməkdaşları Rauf Mirqədirovun həbsi ilə əlaqəli olmadığını da qeyd edib: “Rauf Mirqədirovun həbsi ilə əlaqədar nə redaksiyaya, nə şəxsən mənə, nə də işçilərimizə təzyiq var. Qəzetlərin dövriliyinin azaldılması ilə bağlı yanvar ayından düşünürdüm. Gözləyirdim ki, bəlkə yeni köşklərdə qəzet satışı qaydaya düşər, amma hələ ki, düşmür. İqtisadiyyatda da böyük borclara girməmək məsələsi var. Mənim böyük borclarım yoxdur, böyük borca girməmək üçün də geri çəkilmək olur. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Pulum olmaya-olmaya qəzetin gündəlik buraxılışına getsəm, bir ay yarımdan sonra müflisləşəcəm. Bu addımı atmaqla, böyük borca getmədən qəzeti qoruyub saxlaya bilərəm. Həm də qarşıdan yay gəlir, satış azalır. Təbii ki, qəzetlərin əməkdaşları arasında da ixtisarlar olacaq. Ancaq çalışacağam ki, böyük ixtisarlara getməyim. Onsuz da yazanların sayı çox azalıb. 3 il əvvəl 153 işçim vardısa, indi 40 ola, olmaya. Qəzetlərin bağlanma ehtimalına gəlincə, hər vəchlə qəzetləri qoruyub saxlamağa çalışacağam. Alınmasa, yaradıcılıqla məşğul olacağam, özüm yazacağam. Jurnalistəm, bacardığım yazmaqdır. Yaşımın bu vaxtında gedib avtobus sürə bilmərəm”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol