• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadə: Səngərlərdə müharibəni udmaq üçün...

Məleykə Abbaszadə: Səngərlərdə müharibəni udmaq üçün...
02.05.2014 11:51

"Səngərlərdə müharibəni udmaq üçün əvvəlcə gərək bilik müharibəsini udaq". Trend xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Ulu öndər Heydər Əliyev - qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin Ali Hərbi Məktəbə, Hərbi Liseyə qəbul" mövzusunda keçirilən konfransda deyib.

M.Abbaszadə qeyd edib ki, ulu öndər Heydər Əliyev gənclərin, ələlxüsus işğal edilmiş rayonlardan olan gənclərin təhsilinə xüsusi fikir verirdi. Məhz ulu öndərin diqqət və qayğısının nəticəsidir ki, Azərbaycanın işğal olunmuş rayonlarından olan məzunlardan 1993-cü ildə ali məktəblərə 300 nəfər qəbul olunmuşdusa, 2000-ci ildə bu göstərici 812 nəfər, 2013-cü ildə isə 3160 nəfər olub.

TQDK-sədri qeyd edib ki, buna baxmayaraq, hazırda işğal altında olan rayonların məktəblərində şagirdlər arasında dəqiq fənləri mənimsəmə faizi respublika üzrə orta səviyyədən aşağıdır. Onların ali məktəblərə qəbul zamanı topladığı ballar da ümumi orta bal səviyyəsindən aşağıdır.

Dövlət Komissiyasının sədri işğal altında olan rayonların gənclərinin hərbi təhsilə marağının az olması probleminə də toxunub: "Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qəbul olmaq üçün elə də yüksək bal toplamaq lazım deyil. Bunun üçün cəmi 200-250 bal toplamaq bəs edir. Əgər gənclər istəsəydilər, mütləq qəbul olardılar".

M.Abbaszadənin fikrincə, torpağını işğal etmiş düşmənə qalib gəlmək üçün Azərbaycan gəncləri mütləq yüksək intellektə və biliyə sahib olmalıdırlar: "Müharibə davam edir. Səngərlərdə müharibəni udmaq üçün əvvəlcə gərək bilik müharibəsini udaq".

O, bildirib ki, gənclərin ali məktəblərə, ali hərbi məktəbə daxil olmaq istəklərini artırmaq üçün kompleks tədbirlər görülməlidir və hazırda bu istiqamətdə müəyyən işlər görülür.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol