• $
  • €
  • ₽
  • ₺
  • £

ANS ÇM-dəki erməni mahnısı ilə bağlı MTRŞ-dan sərt bəyanat

ANS ÇM-dəki erməni mahnısı ilə bağlı MTRŞ-dan sərt bəyanat
02.05.2014 11:41
ANS ÇM- radiosunda hər şənbə erməni mahnıları səsləndirilir.

Movqe.az xəbər verir ki, hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə gedən «Qafqaz top 20» musiqili verilişində mütəmadi olaraq erməni müğənnilərin mahnıları səsləndirilir. Mahnını təqdim edərkən aparıcı aşağıdakı fikirləri ifadə edib: «Qafqaz respublikalarından biri də Ermənistandır. Qafqaz adı gələndə bu ölkəyə aid mahnını çarxımıza daxil etməyə bilməzdik. Hər halda obyektivliyi qorumaq lazımdı. Digər tərəfdən isə biz çalışırıq ki, ümumiyyətlə musiqidə, mədəniyyətdə sərhəd qoymayaq. Beləliklə də, Ermənistanın və Azərbaycanın Dağlıq Qarabağ ərazisinin sakinlərinin ən çox dinlədiyi Markos və onun "Yari jantues" mahnısı …». Qeyd edək ki, verilişin 06; 12; 19 və 26 aprel 2014-cü il tarixlərdə eyni hal müşahidə edilib.

Bununla bağlı Milli Televiziya və Raido Şurasının da münasibəti öyrənilib. MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov açıqlamasında faktı təsdiqləyib. MTRŞ səlahiyyətlisi bildirib ki, ANS ÇM-də erməni mahnılarının səsləndirilməsi ilə bağlı Şuranın rəhbərliyinə arayış hazırlanaraq təqdim edilib: "ANS ÇM-də erməni mahnılarının səsləndirilməsi və aparıcının bunu açıq şəkildə bəyan etməsi barədə arayış hazırlanaraq rəhbərliyə məlumat verilib. Qanuna müvafiq şəkildə tədbirlər görüləcək".Xatırladaq ki, verilişin layihəsini ANS telekanalının məşhur siması Aytən Səfərova yeni layihə hazırlayıb. Aparıcı "Qafqazın TOP-20 mahnısı” adlı verilişdə "səsləndiriləcək mahnılar içərisində erməni musiqiləri də yer alacağını əvvəldən də qeyd etmişdi. Bu barədə sosial şəbəkələrdə məlumat verən aparıcı belə qedy etmişdi: "Bu gün ANS ÇM radiosunda "Qafqazın TOP-20 mahnısı”nın çartı başlanır. Burada bütün Qafqaz respublikaları, o cümlədən, Ermənistandan da nümayəndələr var. Aparıcı: Aytən Səfərova, ideya müəllifi: Vahid Mustafayevdir. Fikirləriniz”. ANN.Az 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol