• $
  • €
  • ₽
  • ₺
  • £

Gülər Əhmədovanın məhkəməsində mübahisə düşdü

Gülər Əhmədovanın məhkəməsində mübahisə düşdü
28.04.2014 13:48
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı olub. 
ANS PRESS-in məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən baxış iclasında Gülər Əhmədovanın hüquqlarını üç vəkil müdafiə edib. 
Vəkillər iddia edib ki, ekspertizaya təqdim edilən CD və DVD-lərdə kəsilmələr var. Onlar videomontaj olunublar. Eksperlər Hörmət Vəliyev, Lətif Əliyev isə bildiriblər ki, təqdim edilən disklərdə heç bir montaj yoxdur. 
Daha sonra Gülər Əhmədova çıxış edib. O, qeyd edib ki, məhkəmə zalında prokuror özünü daha çox "komvoy" kimi aparır. Onun sözlərinə görə, onun vəkillərini məhkəmədə iştirak edən ekspertlərə verdiyi suallara prokuror etiraz etməklə məşğuldur. Bu isə G.Əhmədova ilə dövlət ittihamçısı arasında mübahisəyə səbəb olub. Hakim tərəfləri sakitliyə riayət etməyə çağırıb. 
Daha sonra sabiq millət vəkili ekspertləri vəkillərinin verdiyi suallardan yayınmamqda ittiham edib. "Ekspertizaya təqmin edilən CD və DVD-lərdə vəkillər kəsilmələrin olduğunu deyir. Eksperlər isə ancaq "bu mənim sahəm deyil və ya videoda texniki səhvlər var" deyə cavab veririlər". 
Vəkil Fazil Neymətov ekspert Lətif Əliyevə sualla müraciət edib. Ondan "sizə təqdim edilən hər 3 diskdə Gülər Əhmədovaya pul təqdim edildiyini görmüsünüz?", deyə soruşub. Ekspert isə suala "xeyr" deyə cavab verib. 
Bundan sonra məhkəmə saat 15:00-a kimi fasiləyə çıxıb. 
Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sabiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirlli bilinib.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol