• $
  • €
  • ₽
  • ₺
  • £

General Şahin Sultanovun həbs olunduğu təsdiqlənir - YENİLƏNİB

General Şahin Sultanovun həbs olunduğu təsdiqlənir - YENİLƏNİB
23.04.2014 15:54

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov tutulub.Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, Ş. Sultanov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb.O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı Şahin Sultanov da bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov və Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev həbs olunub. Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb edilib.Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.ANNET.Az

***

12:57

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun həbsi ilə bağlı xəbərə münasibət bildirib.Nazirliyin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, Ş. Sultanov bu ilin martında prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib: “Şahin Sultanov artıq Müdafiə Nazirliyinin hərbi qulluqçusu sayılmadığına görə, bu haqda bizə heç bir rəsmi məlumat daxil olmayıb. Bu haqda Müdafiə Nazirliyi deyil, Respublika Hərbi Prokurorluğdan soruşmağınız məsləhət görülür”.Qeyd edək ki, “Qafqazinfo” HDQ-nın keçmiş komandanı Şahin Sultanovun həbs olunması ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, eks-komandan Şahin Sultanov dünən həbs olunub. ANNET.Az

***

12:28

Ötən ay Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, vitse-admiral Şahin Sultanovun həbs olunması ilə bağlı redaksiyamıza məlumat daxil olub.

 “Qafqazinfo” xəbər verir ki, eks-komandan Şahin Sultanovun dünən saxlanıldığı bildirilir. Qeyd edək ki, Şahin Sultanov ordudan xidməti uyğunsuzluğa görə tərxis olunub.Xatırladaq ki, Zakir Həsənov Müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunmuşdu. ANNET.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol