Boşanmalar 11% azalıb - Rəsmi rəqəmlər

2022-ci il bağlanmış nikahların sayı 20 %-dən çox artaraq 28 minə çatıb, boşanmanın sayı isə 11% azalıb. Bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.
Eyni zamanda qeydə alınmış doğumun sayı artaraq 60 minə yaxın olub. Ölüm isə 15%-dək enib.
Cari ildə əhaliyə göstərilən elektron ədliyyə xidmətlərinin dairəsi genişləndirilib. Belə ki, xidmətlərin istifadə sayı 3 dəfəyədək artaraq 1.3 milyonu ötüb. Qeyd olunub ki, altı ayda 367 minə yaxın icra sənədinin icrası təmin edilib və təqribən 420 milyon manat vəsait ödətdirilib.
Hazırda 3200-ə yaxın şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.
İclasda bildirilib ki, altı ayda 367 minə yaxın icra sənədinin icrası təmin edilib və təqribən 420 milyon manat vəsait ödətdirilib.
Bu il qanunsuz verilmiş 7 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb. Bundan əlavə, nazirlik tərəfindən bələdiyyələrə metodoloji kömək sahəsində əməli tədbirlərin görülüb, 2022-ci ildə 40 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 1.600-dən artıq akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 