• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxda “Nurçuluğ”u təbliğ edən iki nəfər saxlanıldı

Qazaxda “Nurçuluğ”u təbliğ edən iki nəfər saxlanıldı
21.04.2014 18:10

Qazax rayonunda “Nurçuluq” cərəyanını təbliğ edən xeyli sayda qanunsuz dini ədəbiyyatlar aşkar edilib, cərəyanı təbliğ edən iki nəfər saxlanılıb.

Qazax rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinə Qazax səhərinin Bakı küçəsində yerləşən, Qazax şəhər sakini, hazırda Rusiya Federasiyasında yaşayan Qasımov Mahmud Hümbət oğluna məxsus evdə dini dərslərin tədris olunması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin ünvanda qanunsuz olaraq “Nurçuluq” cərəyanını təbliğ edən Gəncə şəhər sakini, 35 yaşlı Ağayev Murad Məhərrəm oğlu və Qazax rayonu Daş-salahlı kənd sakini 45 yaşlı Əhmədov Aqil Mahmud oğlu müəyyən edilib.

 Evə baxış zamanı “Nurçuluq”u təbliğ edən 175 ədəd ədəbiyyat, həmçinin dərslərə cəlb edilənlərin yaşaması üçün 7 ədəd divan və 4 çarpayı yataq dəsti ilə birlikdə aşkar edilib.Polis Şöbəsindən verilən məlumata görə, Aqil Əhmədov barəsində 7 sutkalıq həbs qəti imkan tədbiri seçilib. Murad Ağayev barəsində hansı tədbirin görüləcəyi isə dini ədəbiyyatla bağlı ekspertizanın rəyindən sonra məlum olacaq.Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır. ANNET.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol