• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Mustafa həbs edilən jurnalistin müdafiəsinə qalxdı

Fazil Mustafa həbs edilən jurnalistin müdafiəsinə qalxdı
21.04.2014 10:52
"İlk öncə məhkəmədə adamın günahı müəyyənləşməlidir, sonra isə belə bir qərar verilə bilərdi, jurnalistə qarşı bu addımı qınayıram"Milli Məclisin deputatı Fazil Mustafa “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, jurnalist Rauf Mirqədirovun ötən gün Türkiyədən deportasiya edilərək Bakıya gətirilməsinə münasibət bildirib.ANS PRESS-in məlumatına görə, Fazil Mustafa bildirib ki, Rauf Mirqədirovun heç bir səbəb göstərilmədən Türkiyədən deportasiya olunması hər şeydən öncə Türkiyənin addım-addım demokratiyadan uzaqlaşmasının bir göstəricisidir: “Xatırlayıram, üç il siyasi səbəblərə görə Türkiyədə mühacirət həyatı yaşadım, belə bir münasibətlə qarşılaşmadım. Belə çıxır ki, həmin şərtlərdə bu gün Türkiyədə yaşasaydım, dərhal Azərbaycana təhvil verərdilər. İlk öncə məhkəmədə adamın günahı müəyyənləşməlidir, sonra isə belə bir qərar verilə bilərdi. Jurnalistə qarşı bu addımı qınayıram və düşünürəm ki, artıq bu kimi hərəkətlərlə həmişə yaxşı nümunə olaraq göstərdiyimiz qardaşımız, canımız Türkiyə bizim üçün pis nümunəyə çevrilməyə başlayır”.Qeyd edək ki, Rauf Mirqədirovun vəkili Fuad Ağayev ANS PRESS-ə açıqlamasında, müdafiə edəcəyi şəxsə qarşı ağlasığmaz ittihamların irəli sürüldüyünü bildirdi: "Mənə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski zəng edərək bu məlumatı verdi. Rauf Mirqədirovun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, cəsusluq) maddəsi ilə cinayət işinin açıldığını və təqsirləndirilən şəxsin hüquqlarının mənim tərəfimdən müdafiə olunmasını istədiyini bildirdi”.F. Ağayev jurnalistin hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanıldığını və sabah onunla görüşəcəyini bildirdi.Xatırladaq ki, Rauf Mirqədirov son aylar Türkiyədən deportasiya edilən ikinci azərbaycanlı jurnalistdir. Fevral ayında “Today’s Zaman” qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun deportasiya olunmasında hökumət əleyhinə və xüsusən də ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar irəli sürməsi amilinin səbəb olduğu iddia edilirdi. ANNET.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol