• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

“Bravo”nun işçisi Mərkəzi Bankda yüksək vəzifəyə təyin olundu

“Bravo”nun işçisi Mərkəzi Bankda yüksək vəzifəyə təyin olundu
22.07.2022 13:57
Azərbaycan Mərkəzi Bankının İnsan resurları departamentinə yeni direktor təyin olunub.

Bu vəzifə Oksana İsmayılovaya həvalə olunub.

Məlumat üçün bildirək ki, Oksana İsmayılova daha əvvəl – 2017-2021-ci illərdə ölkənin ən böyük supermarketlər şəbəkəsi olan "Bravo”da İnsan resurları və inzibati direktor rəhbəri olub. Bundan əvvəl isə - 2013-2017-ci illərdə "Baksell” şirkətində İnsan resurları departamentinə rəhbərlik edib. 1977-ci ildə anadan olan Oksana İsmayılova Bakıda 29 saylı orta məktəbdə oxuyub. 1994-98-ci illərdə Xarici Dillər Universitetində təhsil alıb. 1998-2003-cü illərdə Milli Aviasiya Akademiyasında, 2009-211-ci illərdə İngiltərənin Nottinqem Trent Universitetində təhsil alıb.

"Bravo” supermarketlər şəbəkəsi "Paşa Holdinq” ilə eyni ünvanda - Neftçilər prospekti ev 153-də yerləşən "Azərbaycan Supermarket" MMC-yə məxsusdur.

Hazırda Mərkəzi Banka rəhbərlik edən Taleh Kazımov da daha əvvəl "Paşa Holdinq”ə bağlı olan "Paşa Bank"ın İdarə heyətinin sədri olub.

Onu da qeyd edək ki, bu gün Mərkəzi Banka baş direktor təyin olunan Gülər Paşayeva da daha əvvəl "Paşa Bank"da Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru olub.(Yeniavaz)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb
Cəmiyyət 23:01
Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb
Abşeron Gənclər şəhərciyində partlayış baş verib - Video
Cəmiyyət 21:50
Abşeron Gənclər şəhərciyində partlayış baş verib - Video
Şəmkirdə istixana yanıb
Cəmiyyət 21:32
Şəmkirdə istixana yanıb
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:07
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - Yenilənib
DTX və DSX birgə əməliyyat keçirib
Cəmiyyət 19:00
DTX və DSX birgə əməliyyat keçirib
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
Cəmiyyət 18:57
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb
Cəmiyyət 18:30
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Cəmiyyət 18:19
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Cəmiyyət 17:53
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol