• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov narkobiznes təhlükəsi barədə xəbərdarlıq etdi

Əli Həsənov narkobiznes təhlükəsi barədə xəbərdarlıq etdi
18.04.2014 20:27
“Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar göstəricilər təhlükəli həddə olmasa da, əhəmiyyətsiz dərəcədə də deyil”. APA-nın verdiyi məlumata görə, bu, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənovun Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsində öz əksini tapıb. Ə. Həsənov bildirib ki, problemin narahatlıq doğuran məqamlarından biri narkomaniya və narkobiznes kimi çirkin işlərə yeniyetmə və qadınların cəlb edilməsidir: “Məlumdur ki, narkobaronların kifayət qədər zəngin sərvətə malik olması, ölkələrin ictimai-siyasi bünövrəsini sarsıtmağa, hegemonluğa can atması dünya praktikasında presedenti olan hadisələrdir və cəmiyyətimizin ictimai bəsirətini itirəcəyi təqdirdə bizim də belə amansız təhlükə ilə üzləşməyəcəyimizə heç kim zəmanət verə bilməz. Bu təhlükələrlə üzləşməməyimiz üçün isə cəmiyyətimiz bilməlidir ki, narkomaniya  qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də hər bir bəşər övladının ən müqəddəs borcu bu bəla ilə mübarizə aparmaq olmalıdır. Çünki yalnız mütərəqqi bəşəriyyətin səylərini birləşdirmək yolu ilə gələcək nəsilləri üçüncü minillikdə narkomaniyanın qorxunc təhlükəsindən qorumaq mümkün olacaq”.ANNET.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol