• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın həqiqi və müxbir üzvlərinin səlahiyyət müddəti artırılacaq

AMEA-nın həqiqi və müxbir üzvlərinin səlahiyyət müddəti artırılacaq
15.04.2014 15:22

Yeni Nizamnaməyə əsasən, akademiyanın tarixində ilk dəfə olaraq alimlər arasından fəxri üzvlər seçiləcəkAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin səlahiyyət müddəti artırılacaq.AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli APA-ya açıqlamasında deyib ki, akademiyanın hazırlanan yeni Nizamnamə layihəsinə əsasən həqiqi və müxbir üzvlər hər 4 ildən bir seçiləcək və seçkilər 2 ay müddətində həyata keçiriləcək. Vitse-prezident vurğulayıb ki, yeni nizamnamədə həqiqi və müxbir üzvlüyünə 4 ildən bir seçkilərin keçirilməsi nəzərdə tutulur. İndiyə qədər isə bu 3 il normasında idi. Onun sözlərinə görə, yeni qaydalarda müxbir və həqiqi üzvlüyə seçkiləri bir qədər sadələşdirilib.İ. Həbibbəyli qeyd edib ki, indiyə qədər olan qaydalara görə AMEA-nın müxbir və həqiqi üzvlüyünə seçkilər elan olunandan 3 ay sonra seçkilərin keçirilməsinə icazə verilirdi: “Yeni nizamnaməyə əsasən, akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlüyünə olan seçkilərin mətbuatda elan dərc olunandan 2 ay sonra keçirilməsi mümkün olacaq. Bundan başqa, akademiyanın tarixində ilk dəfə olaraq həqiqi, müxbir, xaric üzvlərlə yanaşı həm ölkə alimləri, həm də xarici ölkələrdə Azərbaycanı tanıtmaqla məşğul olan alimlər arasından fəxri üzvlərin də seçilməsi tövsiyə olunur. Yeni nizamnamə akademiyanın ümumi yığıncağının və akademiyaya tabe olan elmi-tədqiqat institutlarının elmi şuralarının görkəmli xarici ölkə alimlərinə “Fəxri doktor”, “Fəxri professor” elmi adlarının verməsinə imkan yaradacaq”.İ. Həbibbəyli qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnamə layihəsi Rəyasət Heyətinin iclasında geniş müzakirə olunub. Əvvəlki nizamnamədə 149 maddə var idisə, yeni layihədə 328 bənd öz əksini tapıb: “İlk dəfə olaraq bu nizamnamədə bir sıra bölmələr yeni olaraq təqdim edilib. AMEA-nın ümumi yığıncağı və Rəyasət Heyətinin səlahiyyətləri, akademiyanın regional bölmələri və elmi mərkəzləri, beynəlxalq əlaqələri, əmlakı və maliyyə vəsaiti kimi bölmələr 2002-ci ildə akademiyada qəbul olunan nizamnamədə yoxdur. Yeni nizamnamə layihəsi hazırda akademik Akif Əlizadənin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatı, ölkə prezidentinin akademiya qarşısına qoyduğu müasir vəzifələri tam əhatə edir.  Akademiyanın 70 illiyi ərəfəsində qəbul olunacaq yeni nizamnamə bu qurumun inkişafının sonrakı mərhələsinə meydan açacaq”.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol