• $ 1.7
  • € 2.0021
  • ₽ 0.020531
  • ₺ 0.0411
  • £ 2.3146

Şabranda qəzaya düşənlərin son vəziyyəti açıqlandı

Şabranda qəzaya düşənlərin son vəziyyəti açıqlandı
23.09.2022 12:40
Azərbaycanın Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 12 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir. Hazırda xəsarət alanlardan 10 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasında, 2 nəfər isə Kliniki Tibbi Mərkəzdə müalicə alır. Bu barədə  TƏBİB məlumat verib.

Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Cərrahiyyə şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti orta ağır, 8 nəfərin vəziyyəti isə orta stabildir. 

Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Travmatologiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.

Hadisə nəticəsində xəsarət alan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə tibb müəssisəsinə gətirilərkən yolda ölüb.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukraynada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 13:54
Ukraynada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Yeddi ayda buğda və kartofun idxalında kəskin artım olub
Cəmiyyət 13:44
Yeddi ayda buğda və kartofun idxalında kəskin artım olub
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:36
Sabah yağış gözlənilir - Hava proqnozu
Ən az körpə doğumu iyunda, ölüm isə iyulda qeydə alınıb - Statistika
Cəmiyyət 11:18
Ən az körpə doğumu iyunda, ölüm isə iyulda qeydə alınıb - Statistika
Gürcüstanda SOCAR şirkətinin avtomobilinə silahlı hücum edilib
Cəmiyyət 10:32
Gürcüstanda SOCAR şirkətinin avtomobilinə silahlı hücum edilib
Binəqədidə sexin döşəməsi çöküb, ölən var
Cəmiyyət 10:22
Binəqədidə sexin döşəməsi çöküb, ölən var
Bakı hava limanında taksi xidməti üçün standart qiymətlər tətbiq olunur
Cəmiyyət 09:59
Bakı hava limanında taksi xidməti üçün standart qiymətlər tətbiq olunur
Formula-1 Qran Prisi öncəsi Bakıda bəzi yollar bağlanır
Cəmiyyət 09:55
Formula-1 Qran Prisi öncəsi Bakıda bəzi yollar bağlanır
Biləsuvarda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb
Cəmiyyət 21:39
Biləsuvarda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol