• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Mirzəyevin vəkili danışdı: “Deyilənlərin hamısı şayiədir”

İlham Mirzəyevin vəkili danışdı: “Deyilənlərin hamısı şayiədir”
14.04.2014 15:47
Tanınmış teleaparıcı, hazırda dələduzluq (CM 178-c maddə) ittihamı ilə saxlanılan İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə AzNews.az-ın suallarını cavablandırıb:- Xanlar müəllim, İlham Mirzəyev hazırda harada saxlanılır? - Məndə olan məlumata görə bu günə kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırdı. İndi hara apardıqlarından xəbərim yoxdur. - Mətbuatın yazdığına görə aprelin 12-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə İlham Mirzəyevin ürəyi gedib. Yazılanlar nə dərəcədə doğrudur? - Xeyr, mətbuat onu tamamilə səhv yazır. Guya ürəyi gedib, ay nə bilim nə. Heç kimin ürəyi getməyib. Orda əməliyyat qrupu olub, orda məhkəmə olub, prokuror və mən olmuşam. Tamamilə əsassız məlumatlardır.- Hazırda onun ailəsi ilə əlaqəniz var? - Tam şəkildə yox. Amma yəqin ki, gələcəkdə olacaq. Ayın 10-da ailəsi ilə müqavilə bağlamışam. - Bildiyimə görə ailəsi hazırda Şirvan şəhərindədir. - Ayın 10-da onlarla müqavilə bağlamışam. Ondan sonra hardadılar, dəqiq məlumatım yoxdur. - İlham Mirzəyevlə son dəfə nə vaxt görüşmüsünüz? - Son dəfə srağagün görüşmüşük. - İttihamlarla bağlı nə deyir? -Təqsirini boynuna almır, deyir ki, bu, şər və böhtandır, mən dövlətimə sadiqəm. Ölkənin prezidenti başda olmaqla bütün məmurlara, hüquq-mühafizə orqanlarının rəhbərlərinə böyük hörməti var. Görüşümüzdə mənə bildirdi ki, vətənimə də sadiq insanam. Dedi ki, mətbuatdan kim səndən soruşsa, bu sözləri mənim adımdan de. İndi sizə dediyim sözləri o məhkəmədə də söylədi. - Xanlar müəllim, onu idarəyə çağırıb saxlamışdılar, yoxsa..? - Yox, bildiyimə görə gəlib klinikadan aparmışdılar. Xahiş edirəm, bunu bir daha qeyd edin ki, o, ölkə rəhbərliyi haqda hər zaman yüksək fikirdə olub. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol