• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva pakistanlı uşaqları sevindirdi

Mehriban Əliyeva pakistanlı uşaqları sevindirdi
13.04.2014 17:00

Pakistanın Pəncab əyalətinin Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində (kimsəsiz uşaqlar evində) Heydər Əliyev Fondunun Prezidenti UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya keçirilib. Lahor şəhərində təşkil olunmuş tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrində silsilə humanitar yardımlar proqramının icra edildiyini qeyd edərək, Fondun xüsusuilə kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini bildirib.

Daha sonra səfir Heydər Əliyev fondunun adından hər bir uşağa müxtəlif hədiyyələr təqdim edib, Ancuman Süleymaniya məktəbində aparılan yenidənqurma işlərinə maliyyə yardımı təqdim edib.

Ancuman Süleymaniya məktəbinin vitse-prezidenti Rauf Xalid Mustafa və icraçı direktoru Şahida Riaz öz çıxışlarında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildiriblər. R.X.Mustafa, Mehriban xanımının kimsəsiz uşaqlara göstərdiyi bu diqqət onun humanistliyinin, islam dəyərlərinə sadiqliyin həmçinin iki xalq arasında məhəbbətinin göstəricisi olduğunu bildirib.

Məktəbin icraçı direktor Şahida Riaz çıxışında, Ancuman Süleymaniyanın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verərək bildirilmişdir ki, 100 nəfərdən çox sakini olan kimsəsizlər evində uşaqlar, yaşamaqla yanaşı müasir standartlara cavab verən təhsil alır, zəruri tibbi yardım ilə təmin edilirlər. Hal hazırda uşaqlar evində yenidənqurma işlərinin aparıldığını, ərazidə yeni yaşayış və təhsil bloku tikildiyini qeyd edən icraçı direktor, Azərbaycanın birinci xanımın göstərdiyi maliyyə yardımının məhz bu yenidənqurma işlərinə sərf olunacağını bildirib.

Daha sonra Ancuman Süleymaniyada məskunlaşmış uşaqlar səhnəciklər nümayiş etdirmiş, mahnılar ifa etmişlər.

Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları uşaqlar evinın yaşayış və tədris binaları ilə, burada aparılan yenidənqurma işləri ilə tanış olmuşlar.

Tədbirin sonunda, D. Şikarov, tədbirə qatılmış Pəncab əyalətinin aparıcı media mənsublarına müsahibə verib. Müsahibədə səfir Azərbaycan-Pakistan dostluğu, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun fəaliyyəti haqqında danışıb.

ANS PRESS

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol