• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Talıbov medal payladı - FOTO

Vasif Talıbov medal payladı - FOTO
10.04.2014 12:53

Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən uğrunda” medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təltif olunanları muxtar respublikamızın 90 illik yubileyi və mükafatlara layiq görülmələri münasibətilə təbrik edərək deyib: “Azərbaycanda bütün sahələrdə inkişaf təmin olunub. Bu inkişafın əldə olunmasında fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Dövlət tərəfindən inkişaf strategiyası müəyyənləşdirilir, müxtəlif sahələr üzrə proqramlar qəbul edilir. Bu inkişaf strategiyasının və dövlət proqramlarının icraçıları isə insanlardır”.Ali Məclisin sədri deyib: “Ölkəmizin inkişafında öz fəaliyyəti ilə fərqlənənlərin, Vətəninə və xalqına xidmətdə nümunə göstərənlərin əməyinə dövlətimiz tərəfindən daim yüksək qiymət verilir, onlar orden, medal və fəxri adlarla təltif olunurlar. Bu gün dövlətimizin ali mükafatları ilə təltif olunanlar müxtəlif sahələrdə çalışan insanlardır. Onların əməyinin qiymətləndirilməsi səmərəli fəaliyyətlərinin nəticəsində mümkün olmuşdur. Eyni zamanda, əməyə verilən bu qiymət hər bir insanda böyük ruh yüksəkliyi yaradır, onların qurub-yaratmaq əzmini artırır, gələcəkdə daha məhsuldar fəaliyyət göstərməyə sövq edir”.Ali Məclisin sədri təltif olunanların bundan sonra daha məsuliyyətlə çalışacaqlarına və nümunəvi xidmət göstərəcəklərinə əminliyini bildirmiş, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Ali Məclisin Sədri orden və medalları, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib. Təltif olunanlardan İradə Novruzova, Fariz Bağırov, Məzahir Mirzəyev, Afin Məmmədov, Həbib İbrahimov, Həbibə Allahverdiyeva, Mətləb İbrahimov, Xuraman Əsgərova, Elminaz Məmmədova, Sultan Rzayev, Müzəffər Əsgərov, Ələddin Məmmədov əməklərinə verilən yüksək qiymətə görə dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə daim sadiq olmaq bundan sonra da fəaliyyətin əsasını təşkil edəcək. Çünki dahi şəxsiyyətin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkəmizi, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını inkişaf və tərəqqiyə qovuşdurub. Bu inkişaf bütün sahələri əhatə edib. Hər bir şəxs də çalışır ki, ölkəmizin inkişafına öz töhfəsini versin. Muxtar respublikanın 90 illik yubileyi ərəfəsində dövlət mükafatına layiq görülmək isə ikiqat qürur və şərəfdir.Təltif olunanlar bundan sonra da doğma diyarımızın inkişaf və tərəqqisi yolunda səylə çalışacaqlarına söz veriblər.//Anspress
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol