• $
  • £

Bir sıra binaların tikintisi dayandırılıb

Bir sıra binaların tikintisi dayandırılıb
19.11.2022 12:30
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, bir sıra binaların tikintisi dayandırılıb.

Dövlət Yanğın Nəzarəti Xidmətinin apardığı monitorinqlər zamanı ayrı-ayrı şəhər və rayonlarda yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması ilə inşası aparılan tikintilərə rast gəlinir. Bir sıra hallarda layihə sənədlərinin aidiyyəti nəzarət orqanları ilə razılaşdırılmadığı, yaxud tikinti işinin təyinatı üzrə aparılmadığı və ya sonradan təyinatı dəyişdirilməklə aparıldığı, ara məsafəsinin gözlənilmədiyi, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, tikinti işinin gedişi zamanı vacib yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığı və digər ciddi qayda pozuntuları aşkar edilir.

Dövlət Xidməti bütün bunları nəzərə alaraq yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunan qayda pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini, o cümlədən inşaat işlərinin dayandırılması tədbirlərini həyata keçirilir.

FHN bir daha tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək inşaat işlərinin bütün mərhələlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır və xatırladır ki, qayda pozuntuları aşkarlanmış obyektlərlə bağlı qanunvericiliyə uyğun daha sərt tədbirlərin görülməsi təmin ediləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq kəsiləcək
Cəmiyyət 23:30
Bu ərazilərdə işıq kəsiləcək
Astarada bir nəfər dənizdə batıb
Cəmiyyət 22:10
Astarada bir nəfər dənizdə batıb
Xətai rayonunda binada yanğın başlayıb
Cəmiyyət 18:47
Xətai rayonunda binada yanğın başlayıb
Bakıda kabab evində at DNT-si aşkarlanıb
Cəmiyyət 18:08
Bakıda kabab evində at DNT-si aşkarlanıb
“Yaşıl Cümə” yenidən “İrşad”da!
Cəmiyyət 17:34
“Yaşıl Cümə” yenidən “İrşad”da!
Kolleclərə qeydiyyat prosesi başlayıb
Cəmiyyət 17:24
Kolleclərə qeydiyyat prosesi başlayıb
Azərbaycanda onlayn qumar dəstəsinin rəhbəri saxlanılıb
Cəmiyyət 17:08
Azərbaycanda onlayn qumar dəstəsinin rəhbəri saxlanılıb
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Cəmiyyət 16:35
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb
Cəmiyyət 16:27
Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol