• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana kiberhücumlar daha çox hansı ölkələrdən edilir? - Adlar

Azərbaycana kiberhücumlar daha çox hansı ölkələrdən edilir? - Adlar
09.04.2014 15:19
Kiberhücumlar son zamanlar bütün dünya ölkələrində çox ciddi narahatlıq doğurur.APA-nın xəbərinə görə, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında təəssüflə qeyd edib ki, bu hücumların sayı ildən-ilə artır, coğrafiyası genişlənir. Bunun qarşısını almaq üçün Azərbaycanda da tədbirlər görüldüyünü deyən E.Vəlizadə bildirib ki, ilk növbədə təşkilatı addımlar atılıb: “Azərbaycanda dövlət şəbəkəsinin qorunması üçün xüsusi dövlət agentliyi yaradılıb. Eyni zamanda cəmiyyətin, biznes qurumların, fərdi şəxslərin internet təhlükəsizliyinin təmin edilməsi üçün bizim nazirliyin yanında Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda informasiya təhlükəsizliyinə ciddi diqqət yetirilir. İlk növbədə bu istiqamətdə maarifləndirmə vacib əhəmiyyətə malikdir ki, hər bir şəxs düzgün istifadə qaydalarını öyrənsin, internetdən düzgün istifadə etsin, eyni zamanda hər hansı bir hadisə baş verdikdə, müvafiq qurumlara məlumat versinlər”. Kiberhücumların daha çox hansı ölkələrdən daxil olmasına gəlincə, nazir müavini qeyd edib ki, coğrafiya çox genişdir. Onun sözlərinə görə, statistika göstərir ki, internetin geniş yayıldığı ölkələrdən və yaxud həmin ölkələrə aid olan hansısa İP ünvanlardan Azərbaycana müxtəlif hücumlar edilir: “Bunların sırasında bir qədər qəribə görsənsə də, ABŞ-dan başlamış Rusiya, Çin kimi ölkələri də saymaq olar. Bunun da səbəbi bu ölkələrdə internetin çox geniş şəkildə yayılması ilə bağlıdır. Ermənistandan da periodik olaraq kiberhücumlar olur. Ancaq yenə də bunların hamısı diqqət mərkəzində saxlanılır”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol