• $
  • €
  • ₽
  • ₺
  • £

“Ağ ölüm” Narkotikə YOX deyək!” adlı qısametrajlı filmin təqdimatı olub

“Ağ ölüm” Narkotikə YOX deyək!” adlı qısametrajlı filmin təqdimatı olub
25.11.2022 10:30
Noyabrın 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi "Virtual metodlarla "Ağ ölüm” Narkotikə YOX deyək!” layihəsi çərçivəsində "Ağ ölüm” Narkotikə YOX deyək!” adlı qısametrajlı filmin təqdimatı olub.

150 nəfərin iştirak etdiyi tədbiri layihənin kordinatoru Kənan Qubadzadə açıb.

O, bildirib ki, layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir.

"Film 7 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Film mətbuat, televiziyalarda yayımlanacq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır”,-  Kənan Qubadzadə bildirib.

Tədbirdə iştirak edən Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Milli Məclisin deputatları Pərvin Kərimzadə, Kamilə Əliyeva, İlham Məmmədov və ekspertlər Bayram Aslanov, Anar Sarıyev çıxışlarında bildirdilər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir.

"Narkomaniya və digər pis vərdişlərə qarşı mübarizədə maarifləndirmə işinə göstərdiyi diqqətə görə” Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis-general mayoru İslam Hümbətov, "Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işinə görə” isə ekspert Bayram Aslanov, polis kapitanı Səid Əsədli, AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədr müavini Şahmar Rəfili, fotoqraf Elnur Abdullaya Narkotizmlə Mübarizə İctimai Birliyi tərəfindən təşəkkürnamə təqdim edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol