• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxınları 19 yaşlı şəhidin dəfninə hazırlaşırlar - FOTO

Yaxınları 19 yaşlı şəhidin dəfninə hazırlaşırlar - FOTO
08.04.2014 17:39
Ötən ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılan Seyfəddin Kərimov mina partlaması nəticəsində dünyasını dəyişibAzərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində mina partlaması nəticəsində dünyasını dəyişən 19 yaşlı Seyfəddin Kərimov doğulduğu Gəncə şəhərində dəfn olunacaq.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda ailə üzvləri və yaxınları ötən ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış Üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılan şəhidin dəfn mərasiminə hazırlaşırlar. Mərhumun nəşinin axşam saatlarında ailəsinə təhvil veriləcəyi gözlənilir.Xatırladaq ki, dünən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində mina partlaması nəticəsində Ordumuzun 3 hərbçisi ölüb, 6 əsgər ağır yaralanıb. Şəhid olanlar Azərbaycan Ordusunun hərbçiləri - əsgər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev olub. Qeyd edək ki, şəhid olan 19 yaşlı Seyfəddin Kərimov Gəncə şəhər sakinidir. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol