• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhədə ağır yaralanan hərbçilərdən ikisi Bakıya gətirilib

Cəbhədə ağır yaralanan hərbçilərdən ikisi Bakıya gətirilib
08.04.2014 14:37
Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçulardan ikisi Bakıya təxliyə olunub. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Yaralı əsgərlərdən Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyə olunaraq təcili təxirəsalınmaz yardım göstərilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib. Hazırda Müdafiə naziri general-polkovnik Zakir Həsənov hadisə yerindədir. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.  Həlak olan hərbi qulluqçular: - kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;- əsgər Kərimov Seyfəddin Nəvai oğlu;- əsgər Abdullayev Novruz Qurban oğlu. Yaralı hərbi qulluqçular: - əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;- əsgər Mirzəyev Alı Pənah oğlu;- əsgər İsgəndərzadə Azər Eyyub oğlu;- əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;- əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;- əsgər Talıbov Emin Talıb oğlu.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol