Əlillik dərəcəsi verilmir, dəfələrlə intihara cəhd etmişəm- QAZİ/VİDEO
![Əlillik dərəcəsi verilmir, dəfələrlə intihara cəhd etmişəm- QAZİ/VİDEO Əlillik dərəcəsi verilmir, dəfələrlə intihara cəhd etmişəm- QAZİ/VİDEO](https://anews.az/photo/850x500/2023-01/1673445546_qazi.jpeg)
Vüsal Zeynalov İkinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə yaralanıb. Sağlamlığında ciddi problemlər yarandığını desə də, bildirir ki, ona əlillik təyin olunmur.
Qazi deyir ki, uzun həkim yoxlamalarından keçdikdən sonra üç dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edib. Hər üç müraciətə də imtina cavabı gəlib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vüsal Zeynalovun sağlamlığındakı problemlərin əlillik meyarına uyğun olmadığını bildirib.
"Bakı sakini Zeynalov Vüsal Hüseyn 2022-ci il dekabrın 9 -da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərinin birgə əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müşahidə edilməyib”, - qurumdan bildirilib.
Nəticədə "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib
www.anews.az

Sağlamlığındakı problemlərə görə işləyə bilmədiyini deyən qazinin əsas istəyi müalicə olunaraq sağlam həyata qayıda bilməkdir. Şikayətçi, müalicə olunması üçün ona, əvvəlcə, əlillik dərəcəsi müəyyən olunması gərəkdiyini vurğulayır.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)