• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Natəvan Bayramovaya yeni vəzifə verilib

Natəvan Bayramovaya yeni vəzifə verilib
01.02.2023 11:08
Dövlət Miqrasiya Xidmətinə (DMX) yeni mətbuat katibi təyin olunub. Bu barədə DMX-dən məlumat verilib.
 
Bildirilib ki, bu vəzifə Natəvan Bayramovaya həvalə olunub.
 
Natavan Bayramova 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.
 
Natavan Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr dərəcəsi alıb.
 
Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər-elm və təhsil departamentinin direktor müavini işləyib.
 
Dövlət orqanlarında müxtəlif vəzifələrdə iş təcrübəsinə malikdir. Fəaliyyəti ilə əlaqadər bir neçə beynəlxalq və yerli mükafatlara layiq görülüb.
 
Ailəlidir, iki övladı var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah sulu qar yağacaq - PROQNOZ
Cəmiyyət 12:32
Sabah sulu qar yağacaq - PROQNOZ
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Cəmiyyət 12:25
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Şahbuzda qarın hündürlüyü 29 santimetrə çatıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:58
Şahbuzda qarın hündürlüyü 29 santimetrə çatıb - FAKTİKİ HAVA
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 10:56
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Hava ilə bağlı xəbərdarlıq - QAR YAĞACAQ
Cəmiyyət 09:30
Hava ilə bağlı xəbərdarlıq - QAR YAĞACAQ
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Cəmiyyət 08:50
2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Xankəndidə bayram atəşfəşanlığı keçirilib
Cəmiyyət 00:18
Xankəndidə bayram atəşfəşanlığı keçirilib
Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - Video
Cəmiyyət 22:54
Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - Video
Hövsanda quyuya düşən şəxs xilas edilib - Video
Cəmiyyət 20:35
Hövsanda quyuya düşən şəxs xilas edilib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol