• $
  • €
  • ₽
  • ₺
  • £

“NİDA”çıların təcridxanaya qaytarılması zamanı yaranan insidentə aydınlıq gətirildi

“NİDA”çıların təcridxanaya qaytarılması zamanı yaranan insidentə aydınlıq gətirildi
01.04.2014 22:41

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu gün Bakı İstintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə müşayiət edilən 13 nəfər təqsirləndirilən şəxsin məhkəmə prosesi başa çatdıqdan sonra geriyə qaytarılması zamanı yaranan anlaşılmazlıqla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara cavab olaraq məlumat yayıb.

Xidmətdən APA-ya verilən məlumatda bildirilib ki, Bakı İstintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə müşayiət edilən 13 nəfər təqsirləndirilən şəxs məhkəmə prosesindən sonra geriyə qaytarılarkən təcridxananın təhvil-təslim yerində digər xüsusi nəqliyyat vasitəsi olduğuna görə onları gətirən nəqliyyat vasitəsi qısa müddət ərzində gözləməli olublar. Bunu narazılıqla qarşılayan bir neçə təqsirləndirilən şəxs etiraz əlaməti olaraq xüsusi təyinatlı avtomobili döyəcləyib, səs-küy salmağa başlayıblar. Həmin şəxslər qarovul heyəti tərəfindən intizama dəvət edilsələr də, buna məhəl qoyulmayıb və öz hərəkətlərini davam etdiriblər. 

 

“Yayılan informasiyalarda avtomaşında olan hava çatışmazlığı ilə bağlı məlumat həqiqəti əks etdirmir. Belə ki, təqsirləndirilən şəxslərin daşınmasını həyata keçirən Penitensiar xidmətin sərəncamındakı “Fiat Ducato” markalı xüsusi avtomobillər ən müasir tələblərə cavab verən nəqliyyat vasitələridir. Bu nəqliyyat vasitələrində təmiz hava axını, daşınan şəxslərin və onları müşayiət edənlərin təhlükəsizlikləri yüksək səviyyədə təmin olunur. Təqsirləndirilən şəxslər tərəfindən intizam qaydalarına məhəl qoyulmadığına və xüsusi nəqliyyat vasitəsinə zərər vurulması ilə müşayiət olunan hərəkətlər davam etdirildiyinə görə qarovul heyəti “Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat”ın tələblərinə tam müvafiq olaraq təhlükəsizliyi təmin edib. Təhlükəsizlik tədbiri zamanı heç bir şəxs xəsarət almayıb” - deyə açıqlamada bildirilir. 

 

* * *

 

Bakı. Şəhriyar Əlizadə - APA. “Nida” Vətəndaş Hərəkatının və “Azad Gənclik” Təşkilatının həbsdə olan üzvlərini məhkəmədən İstintaq təcridxanasına aparan maşına gözyaşardıcı qaz buraxılıb”.

 

Bunu APA-ya “Nida”nın həbsdə olan Zaur Qurbanlının vəkili Xalid Bağırov deyib.

 

X. Bağırov bildirib ki, təqsirləndirilən şəxsləri Bakı Ağır Cinayətlər Məhkəməsindən Bakı İstintaq Təcridxanasına apararkən avtomobildə Zaur Qurbanlının vəziyyəti pisləşib: “Maşındakı digər təqsirləndirilən şəxslər konvoylardan pəncərənin açılmasını xahiş ediblər. Lakin onların xahişinə məhəl qoyulmayıb. Bundan sonra təqsirləndirilən şəxslər maşının qapısını döyəcləməyə başlayıblar. Nəticədə konvoylar maşına gözyaşardıcı qaz buraxıblar. Təqsirləndirilən şəxslərin vəziyyəti ağırlaşıb. İlkin Rüstəmzadənin isə gözləri zədələnib”.

 

X. Bağırov bunun provokasiya olduğunu bildirib: “Biz Penitensiar Xidmətdən açıqlama gözləyirik. Onların açıqlamasına uyğun hərəkət edəcəyik”.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə APA-ya bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol