• $ 1.7
  • € 1.9797
  • ₽ 0.01971
  • ₺ 0.0352
  • £ 2.31

Narkotikə görə daha 13 nəfər saxlanılıb

Narkotikə görə daha 13 nəfər saxlanılıb
08.02.2023 20:30
Narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun "Papanin”, "Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə batan bərədə iki Azərbaycan vətəndaşı olub
Cəmiyyət 19:55
Şimali Kiprdə batan bərədə iki Azərbaycan vətəndaşı olub
Bakıda leysan yağacaq,rayonlara dolu düşəcək
Cəmiyyət 19:50
Bakıda leysan yağacaq,rayonlara dolu düşəcək
BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib
Cəmiyyət 19:17
BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 16:21
Bu ərazilərdə qaz olmayacaq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 15:33
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 14:00
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:41
Sabahın hava proqnozu
Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:56
Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 10:10
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol