• $
  • €
  • ₽
  • ₺
  • £

Məmur övladlarının əsgər getmələri ilə bağlı rəsmi açıqlama

Məmur övladlarının əsgər getmələri ilə bağlı rəsmi açıqlama
31.03.2014 11:08
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hakimiyyətdə təmsil olunan məmur övladlarının hərbi xidmətə cəlb olunması ilə bağlı açıqlama veriblər. Dövlət Xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan Respublikasının bütün vətəndaşları kimi hakimiyyətdə təmsil olunan məmurların övladlarının da müddətli həqiqi hərbi xidmət keçmələri ilə bağlı qanunauyğun tədbirlər görülür: "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar çağırılırlar. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”. Dövlət xidmətindən hakimiyyətdə təmsil olunan məmurların övladlarına hərbi xidmət zamanı güzəştlər tətbiq olunması və bunu təbiq edənlər barəsində görülən tədbirlərlə bağlı da açıqlama veriblər. Sorğumuza cavab olaraq bildiriblər ki, heç kəsə göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və imtiyazların verilməsindən imtina oluna bilməz: “Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.Yuxarıda göstərilənləri xatırladaraq qeyd edirik ki, Azərbaycan Respublikasının bütün vətəndaşları kimi hakimiyyətdə təmsil olunan məmurların övladlarının da müddətli həqiqi hərbi xidmət keçmələri ilə bağlı qanunauyğun tədbirlər görülür”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol