• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatların maşın sevgisi - SİYAHI

Deputatların maşın sevgisi - SİYAHI
29.03.2014 12:05
Azərbaycan məmuralarının və onların balalarının bahalı avtomobillərəolan məhəbbətləri son günlər mediada müzakirə olunan əsas mövzulardanbiridir.ANN.Az xəbər verir ki, belə bir məqamda Modern.az saytı bəzideputatlar arasında bəyəndikləri avtomobil markaları ilə bağlı sorğukeçirib. Deputatların cavablarını təqdim edirik:Vahid Əhmədov: "Ən çox sevdiyim avtomobil markası "Mercedes”dir.İndiyədək 3-4 maşın dəyişmişəm. Onların da markası "Mersedes” və"Toyota” olub. Hazırda "Mercedes” sürürəm”.Musa Quliyev: "Mən ümumiyyətlə, avtomobil sevmirəm, insanlarısevirəm. İstifadə etməyimə baxmayaraq, maşınlara xüsusi marağım yoxdur.İndiyədək 4 maşın dəyişmişəm”. Hazırda sürüdüyü maşının markasına gəlincə, M.Quliyev onu açıqlamağa ehtiyac duymadığını bildirdi.Əhməd Vəliyev: "Mən məcburiyyət qarşısında qalanda avtomobildənistifadə edirəm. Piyada gəzməyi xoşlayıram, sağlamlıqdır. Əgər maşınyaxşı işləyirsə, niyə dəyişim?” Hadi Rəcəbli: "Mən avtomobil həvəskarı deyiləm. Hazırda istifadəetdiyim avtomobil dövlət maşınıdır, heç markasını bilmirəm. Oğlanlarım,kürəkənlərim yaxşı maşın həvəskarıdır, özlərinin şəxsi avtomobili dəvar. Tale elə gətirib ki, 22 yaşımdan mən dövlət maşını idarə etmişəm.45 ildir dövlət maşınından istifadə edirəm. Ta köhnə "Moskviç”lərinvaxtından, komsomolun birinci katibi olandan xidməti maşınım olub. Bunagörə taleyimdən də, dövlətdən də razıyam. Amma onların markasını seçmək,bəyənmək kimi bir xüsusiyyətim olmayıb. Özümün cəmi bir dəfə şəxsimaşınım olub, indi yoxdur. Daha çox salonu geniş olan avtomobillər mənərahat gəlir. Bir çox saytlar cənub bölgəsində nə olsa, yazırlar  HadiRəcəblinindir. Onlar hamısı məni varlı görmək istəyirlər (gülür). Faktodur ki, mənim varım sizin kimi dostlardır”.Aqil Abbas: "Arzumdur ki, "QAZ-21” maşınım olsun. Yəqin birmüddətdən sonra onu alacam. İndiyə qədər 4-5 maşın dəyişmişəm, amma biraz yaşlanandan sonra mütləq "QAZ-21” alacam.  Əvvəl istifadə etdiyimavtomobillər "Volqa”, "Jiquli”, "Mercedes” olub. Hazırda "Hunday”sürürəm. Özümdən bir az böyükdür (gülür).Məlahət İbrahimqızı: "1989-cu ildən 1998-ci ilə qədər baş həkimolduğum dövrdə  "Moskviç” , 1998-ci ildən 2000-ci ilə qədər Ailə, QadınKomitəsində birinci müavin olduğum zaman  "Volsvagen Polo”, MilliMəclisdə Hesablama komissiyasının sədri olanda "Maxcima” maşınım olub.Hazırda YAP-ın Nəsimi rayon təşkilatının sədri kimi "Toyota”avtomobilindən istifadə edirəm. Bunlar xidməti maşınlar olub, heç vaxtşəxsi maşınım olmayıb. Allaha da min şükür, dövlətə də ki, bəxtim yaxşıgətirib. Həmişə rəhbər vəzifədə çalışdığım üçün xidməti maşınım olub.Onu da göz bəbəyim kimi qoruyub, qədrini bilmişəm.Ümumiyyətlə, mən maşın haqqında düşünmürəm. Avtomobil mənim üçüngündəlik işlərin rahat görülməsində bir vasitədir. Elə bir əsrdəyaşayırıq ki, avtomobilsiz keçinmək olmur. Maşın mənim üçün şöhrət,üstünlük deyil. Bahalı maşınları heç sevmirəm. Avropa ölkələrində olanzaman, xüsusilə də avtomobil mərkəzi olan Almaniyada şahidi oldum ki,insanlar bizdəki kimi böyük maşınlara üstünlük vermirlər. Hamı rahat,qənaətcil avtomobillərdən istifadə edir. Maşından istifadə etmək özü birmədəniyyətdir. Bəzən olur ki, kiçik məsafədə böyük maşınlardan istifadəedirlər ki. Bu da tıxaclara səbəb olur. İş yeri ilə ev arasında məsafəheç 500 metr deyil, baxırsan ki, böyük avtomobillərdən istifadə edirlər.Olmasın demirəm. Mən fəxr edirəm ki, vətəndaşlarımızın yaşayışvəziyyəti hər gün daha da yaxşılaşsın. Nəinki şəhərdə, bölgələrdə nəqədər bahalı maşınlar var. Artıq yeni seriyalar çıxıb. Müşahidəaparsanız görərsiniz ki, hər 10 maşından 7-si bahalı, iri həcmlidir.İnsan nə qədər ki, bahalı şeylərdən istifadə edir, borcu da bir o qədərartır. Əgər mən 100 minlik maşın sürürəmsə, Allah, vətəndaşlarqarşısında borcum 100 min dəfə artır. Bu baxımdan bahalı maşın tərəfdarıdeyiləm, maşın mənim üçün şöhrət deyil”.Ziyad Səmədzadə: "Maşınları xoşlamıram. Heç bir markanı da tanımıram. Maşınım yoxdur, heç sürmürəm də”.Fərəc Quliyev:
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol