Azərbaycanda gənc ana körpələri ilə birgə itkin düşdü

Bakıda ana və iki azyaşlı körpəsi itkin düşüb. Lent.az xəbər verir ki, bu barədə polisə paytaxt sakini Sabir Orucov məlumat verib.Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinə müraciət edən S.Orucov bildirib ki, qızı, 1986-cı il təvəllüdlü İnci Paşan iki gün əvvəl azyaşlı qızları: 5 yaşlı Akay və 3 yaşlı Mələklə birgə evdən çıxıb və bir daha geri qayıtmayıb.Həmin vaxtdan İ.Paşanla əlaqə yaratmaq mümkün olmayıb.Qeyd edək ki, itkin düşmüş qadın türkiyəli şəxslə nikahda olub. Müraciət əsasında axtarış tədbirləri aparılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























