• $
  • €
  • ₽
  • ₺
  • £

Öldürülən Azərbaycan çempionunun həyat hekayəsi - VİDEO

Öldürülən Azərbaycan çempionunun həyat hekayəsi - VİDEO
27.03.2014 11:45
Daha bir azərbaycanlının ölüm xəbəri Suriyada gedən döyüşlərdən gəldi. Sumqayıt şəhərindən olan Ceyhun Əliyev Bəşər Əsədə qarşı vuruşan, özünü İraq Şam dövləti adlandıran silahlı birləşmənin üzvü imiş.ANS TV xəbər verir ki, bu gənc oğlan həm də Azərbaycan çempionudur.Atasının gözünün işığını söndürən Suriyada öldürülən 2 azərbaycanlıdan biri 22 yaşlı güləş üzrə Azərbaycan çempionu olub. Sumqayıt şəhəri 41-ci məhəllədə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan əslən Qubadlı rayonundan olan 22 yaşlı Ceyhun Əliyev 2 il öncə Suriyaya gedib.Atası deyir ki, övladı ibadətə başlayandan az sonra onlara məlum olub ki, vəhhabi təriqətinə qoşulub. Ailə övladlarında sonradan radikallığı hiss etsələr də onu bu yoldan döndərə bilməyiblər.Anası Akimə:“Orucluq bayramı idi, mənə dedi ki, gedirəm məscidə namaz qılmağa. Mən də dedim toyuq alarsan. Sonra gəlmədi, telefonuna zəng çatmadı”.Bayram namazı adı ilə evdən çıxan Ceyhunun xəbərini ailəsi iki gün sonra İstanbuldan alır. Ceyhun onlara zəng vuraraq Türkiyəyə işləməyə gəldiyini deyir. Az sonra isə sorağı Suriyadan gəlir. Hətta atası Süleyman onun dalınca Suriyaya da gedir və onu Raqqa şəhərində tapır:“Mən getdim, yalvardım, yaxardım. Amma gəlmədi. Dedi mən Allahın buyurduğu ilə hərəkət edirəm. Mən orda olanda döyüş görmədim. Orda bir boş evdə yaşayırdılar”.Suriyada öldürülən digər azərbaycanlı isə Ceyhunun bacısının yoldaşı Sumqayıt sakini 23 yaşli Ağakişiyev Aydın Raqif oğludur. Ceyhunun ailəsinin itkisi bununla bitmir. Çünki, ailənin qızı da, əri Suriyada ölən 21 yaşlı Türkan iki uşağı ilə hazırda döyüşlərin getdiyi ərazidədir.Qəribəsi odur ki, Ceyhun Suriyada Naxçıvandan döyüşə qatılan azərbaycanlı ilə ailə qurubmuş. Onun həyat yoldaşı da orda qalıb. Ailə indi Suriyada qalan 4 nəfərinin geri qaytarılması üçün hər kəsdən kömək istəyir.//Oxu.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol