• $
  • £

Bakıda bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

Bakıda bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb
17.03.2023 17:51
Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 19-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şimal küləyi 5-10 m/s. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq.

Martın 20-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 7-12 m/s. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.

Martın 21-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq.

Martın 22-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti olacaq.

Martın 23-də bəzi yerlərdə arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, axşam 8-13 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-14° isti olacaq.

Martın 24-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 35 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 35 dərəcə isti olacaq
Azərbaycan və İordaniya qarşılıqlı viza rejimini ləğv edir
Cəmiyyət 12:31
Azərbaycan və İordaniya qarşılıqlı viza rejimini ləğv edir
Ali Məhkəmə Plenumu iki qərar qəbul edib
Cəmiyyət 11:50
Ali Məhkəmə Plenumu iki qərar qəbul edib
Pirşağıda açıq kanalizasiya quyusuna daha bir avtomobil düşüb, ADSEA hələlik açıqlama verməyib
Cəmiyyət 11:35
Pirşağıda açıq kanalizasiya quyusuna daha bir avtomobil düşüb, ADSEA hələlik açıqlama verməyib
Bəzi rayonlarda şimşək çaxır - faktiki hava açıqlanıb
Cəmiyyət 11:13
Bəzi rayonlarda şimşək çaxır - faktiki hava açıqlanıb
Azərbaycanda bir gündə 72 cinayətin üstü açılıb
Cəmiyyət 10:31
Azərbaycanda bir gündə 72 cinayətin üstü açılıb
ABŞ İran neftinin satışına verilən müvəqqəti icazəni ləğv edib
Cəmiyyət 10:17
ABŞ İran neftinin satışına verilən müvəqqəti icazəni ləğv edib
Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq
Cəmiyyət 10:07
Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq
Yasamal həmçinin Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 09:49
Yasamal həmçinin Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol