Azərbaycan ərazisində 15 sm-lik qar yağıb

Martın 21-də axşam saatlarından başlayaraq Quba rayonunun bəzi dağ kəndlərinə qar yağıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Quba rayonunun Xaltan kəndində qarın hündürlüyü 15 santimetrdən çox olub.Azərbaycan sinoptikləri bəyan edirlər ki, hava bu gün axşamdan mülayimləşəcək, yağıntılar kəsəcək və temperatur yüksələcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























