• $
  • €
  • ₽
  • ₺
  • £

“Çanaqqala Zəfəri – 99” tədbiri keçirilib - FOTO

“Çanaqqala Zəfəri – 99” tədbiri keçirilib - FOTO
18.03.2014 22:13

Yeni Nəfəs Hərəkatı “Çanaqqala Zəfəri – 99” tədbirini keçirib. 

Tədbirdə 99 il öncə Türkiyənin istiqlal mücadiləsində canını vermiş Şəhidlərin ruhu yad edilərək Azərbaycan-Türkiyə qardaşlığının keçmişindən və gələcəyindən bəhs olunub. Tədbiri açıq elan edən hərəkatın sədri Seymur Həsənli vurğulayıb ki, Çanaqqalada rəsmi olaraq 3500-ə qədər Azərbaycan türkünün Şəhid olması türk həmrəyliyinin bariz nümunəsidir. O həmçinin deyib ki, Çanaqqalada Azərbaycan türklərinin savaşı, 1918-ci ildə Bakının qurtuluşunda Türkiyə türklərinin iştirakı digər türk ölkələri üçün də nümunə hesab  olunmalıdır.

Çıxış edən Türkiyənin Azərbaycanda səfirliyinin Kültür və Tanıtma müşaviri Seyid Əhməd Arslan, Çanaqqala savaşı dönəmindən danışıb: “Azərbaycan türklərindən Türkiyəyə səfər edən zaman Çanaqqalaya getmələrini istəyirəm. Türkiyə Cümhuriyyəti ordakı Şəhidlərin sayəsində quruldu. Türk milləti o sınaqdan üzü ağ çıxmağı bacardı. Vəziyyət o həddə idi ki, şəhərdə vəzifəyə qoymağa qalstuklu məmur tapmaq mümkün deyildi. Çanaqqalada yaşananların bir daha baş verməməsi üçün türk milləti diri olmalıdır”

Sonra Yunus Əmrə İnstitunun başqanı Əli Cura çıxış edərək Çanaqqala zəfərinin həm də Azərbaycanın zəfəri olduğunu vurğulayıb: “Çanaqqalada baş verənlərin sonunda zəfər çalsaq da, türk milləti 250 min Şəhid verdi. Bu zəfər həm də Azərbaycanın zəfəridir”.

Daha sonra Orta Asiya və Güney Qafqaz Söz Azadlığı şəbəkəsinin başqanı Azər Həsrət çıxış edərək Krım hadisələrinə diqqət çəkib və türklərə qarşı mənəvi soyqırım siyasətinin davam etdiyini vurğulayıb. Çıxış edən Dünya Azərbaycanlıları Konqresi Daimi Şurasının sədri Əjdər Tağızadə Çanaqqala ziyarətindən və Mustafa Kamal Atatürklə bağlı hadisələrdən danışıb. Xarici Dillər Universitetinin professoru Məhəmməd Teymurlu, Azərbaycan Milli Elmlər Akademiyasının alimi Babək Abışov, Türkiyə Universitetləri Məzunlar İctimai Birliyinin sədri Çingiz Bayramov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Mərcan Şahbuzlu, Məhərrəm Şəmkirli çıxış edərək türk millətinin bir bütün halına gəlməsi üçün daha böyük işlərin görülməsinin vacibliyindən danışıblar. Özəlliklə, gələn il Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə ən yüksək səviyyədə tədbirlərin həyata keçirilməsini vurğulayıblar. TUMİB sədri Çingiz Bayramov türk millətinin birliyinin pozmaq üçün müxtəlif qüvvələrin daim çalışdığını bildirib. O, hətta Türk Şəhidliyindən bayraqların endirilməsini fətullahçı cərəyana xidmət edən məmurların əməli olduğunu bildirib. Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin nümayəndəsi çıxış edərək belə bir tədbirin keçirilməsini yüksək dəyərləndirib.

Sonda tədbirin təşkilatçılığında yaxından iştirak edən Salih Bayazitoğlu çıxış edərək regionun inkişafı və problemsiz gələcəyi üçün Azərbaycan-Türkiyə birliyinin önəmini və bunun üçün Yeni Nəfəs Hərəkatının üzərinə böyük məsuliyyət düşdüyünü deyib.  

Seymur

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol