Bakıda əsən güclü külək fəsadlar törədib - FOTOLAR
Bakıda əsən güclü külək fəsadlara yol açıb.APA-nın xəbərinə görə, paytaxtın Səbayıl rayonu, İstiqlaliyyət küçəsində iri gövdəli ağac yoldan keçən "VAZ 2107" və “Volkswagen” markalı avtomobillərin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Yolu kəsən ağac İstiqlaliyyət küçəsində nəqliyyatın hərəkətinə də mane olub. Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində isə, reklam lövhəsi aşıb. Nəticədə yoldan keçən avtomobillərin hərəkəti üçün mane yaranıb. Eyni zamanda yaxınlıqdakı ara küçədə ağac "Mercedes Benz”in üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Cəmiyyət 16:59 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:37 Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:03 Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 15:43 Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 14:54 Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:25 MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:13 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:02 Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 13:40 DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib