• $
  • €
  • ₽
  • ₺
  • £

Torpaq altından XVI əsrə aid məscid binası tapılıb - Azərbaycanda

Torpaq altından XVI əsrə aid məscid binası tapılıb - Azərbaycanda
17.03.2014 12:17
 Ağsu şəhərində XVI əsrə aid qədimi tikili tapılıb.APA-nın məlumatına görə, Ağsu arxeoloji ekspedisiyasının rəhbərliyi rayon sakinlərinin şifahi məlumatı əsasında Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki türbə yerinə baxış keçirərkən orada orta əsrlərə aid möhtəşəm tikinti qalıqlarının olduğunu aşkar ediblər. Bundan sonra Ağsu Arxeoloji Ekspedisiyasının rəhbəri Qafar Cəbiyevin rəhbərliyi ilə abidəni xilas etmək məqsədilə ilkin arxeoloji kəşfiyyat qazıntıları aparılıb. Arxeoloqlar ərazidən səliqə ilə yonulmuş iri ölçülü mədən daşlarından istifadə olunmaqla üzü qiblə istiqamətində tikilən düzbucaqlı formasında binanı aşkara çıxarıblar. Bina təqribən 400 kvadratmetrə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçikölçülü, çoxsaylı otaq-hücrələrdən ibarətdir. Qazıntı zamanı aşkar edilən tapıntılar içərisində həndəsi və nəbati elementlərlə bəzədilmiş nəfis kaşı nümunələri üstünlük təşkil edir. Memarlıq xüsusiyyətləri, qiblə istiqamətində tikilməsi, rəngli kaşılarla bəzədilməsi, ətrafında hər birinin içərisində ocaq qalıqları qeydə alınan otaq-hücrələrinin mövcudluğu aşkar olunan binanın daha çox məscid olması ehtimalını artırır. Arxeoloqların sözlərinə görə, bu ərazidə aşkar edilən qəbirlərdə dəfn edilən şəxslər  islam qaydası üzrə, yəni sağ çiyini və üzü qibləyə dəfn olunsa da, ortaya daha maraqlı faktlar çıxıb. Rayonun yaşlı sakinlərinin dediyinə görə, Şıxməzid məhəlləsindəki məscid və türbə ötən əsrin 30-cu illərində sovet rejimi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində dağıdılıb. İlkin tədqiqatlar zamanı üst qatdan aşkar olunan tapıntıların təhlili göstərir ki, Şıxməzid məhəlləsindəki məsciddən XVI əsrin II yarısından XX əsrin 30-cu illərinədək intensiv istifadədə olub. Ərazidə qazıntı və tədqiqat işləri davam etdiriləcək.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol