• $
  • £

Cəlilabadda itin dişlədiyi azyaşlı ölüb - Yenilənib

Cəlilabadda itin dişlədiyi azyaşlı ölüb - Yenilənib
25.05.2023 17:12
Cəlilabadda quduz itin dişlədiyi azyaşlının ölümü ilə bağlı təfərrüat məlum olub. Bu barədə Report məlumat verib. 

Hadisə mayın 3-də, şəhərin R.Nəsirov küçəsində baş verib.

Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb.

Bu zaman o, bacısının köməyinə gəlib. Azyaşlı bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.

Daha sonra Zülfiyyə Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib.

Lakin vəziyyəti ağırlaşdığı üçün azyaşlı paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Zülfiyyə Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb.
 
 
 
15:56
Cəlilabad rayonunda itin dişlədiyi azyaşlı ölüb. Bu barədə Report agentliyi məlumat verib. 

Hadisə Cəlilabad şəhərində qeydə alınıb.

Belə ki, rayon sakini, 2012-ci il təvəllüdlü Zülfiyyə Rzayevanı küçədə it dişləyib.

Müxtəlif xəsarətlər alan azyaşlı rayon xəstəxanasına aparılıb, ona quduzluq əleyhinə vaksin vurulub.

Daha sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Lakin azyaşlı yerləşdirildiyi xəstəxanda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 3 nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 23:30
Qazaxda 3 nəfər dəm qazından zəhərlənib
Xəzər dənizində zəlzələ qeydə alınıb
Cəmiyyət 23:13
Xəzər dənizində zəlzələ qeydə alınıb
Türkiyədə əyləncə məkanına basqın −Məşhurlar saxlanıldı
Cəmiyyət 22:00
Türkiyədə əyləncə məkanına basqın −Məşhurlar saxlanıldı
Salyanda avtomobillər toqquşub, yaralılar var
Cəmiyyət 21:04
Salyanda avtomobillər toqquşub, yaralılar var
Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi nəzərdən keçirilir
Cəmiyyət 21:00
Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi nəzərdən keçirilir
Mart Ukraynada son yarım ilinən qanlı ayıolub
Cəmiyyət 20:30
Mart Ukraynada son yarım ilinən qanlı ayıolub
Nazir Adil Kərimlidən yeni təyinat
Cəmiyyət 20:00
Nazir Adil Kərimlidən yeni təyinat
Sabunçuda qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib
Cəmiyyət 18:30
Sabunçuda qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Cəmiyyət 18:00
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol