• $
  • €
  • ₽
  • ₺
  • £

Nuşirəvan Məhərrəmli "Ümid var"ın bağlanmasına reaksiya verdi

Nuşirəvan Məhərrəmli "Ümid var"ın bağlanmasına reaksiya verdi
14.03.2014 12:05
“Biz ATV-nin Bədii Şurasının “Ümid var” verilişinin bağlanması ilə bağlı qərarını müsbət qarşılayırıq. Hesab edirik ki, ictimaiyyətin narahatçılığına səbəb olan verilişin bağlanması doğru verilmiş bir qərardır”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bildirib ki, sədri olduğu qurum bu tipli verilişlərin Azərbaycan efirinə baş ucalığı gətirdiyi fikrində deyil: “İnsanların, xüsusisən sosial, ailə problemi olan insanların üzərində şou yaratmaq mənəviyyatsızlıqdır. Bu tipli verilişlərin kanal tərəfindən bağlanmasını çox normal qarşılayırıq. Arzu edirik ki, digər televiziya kanalları da bu qərardan ibrət götürsünlər”. N. Məhərrəmli qeyd edib ki, efirdə bu tipli verilişlərə yer olmamalıdır: “İnsanları üz-üzə qoyan, bu verilişlər nəticəsində problemlərin həll olunması yox, əksinə onların daha da pis formada davam etməsi baş verir. Lüzumsuz müzakirələr, Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun olmayan mövzuların həddindən artıq qabardılması, bəzi aparıcıların bundan özləri üçün istifadə etməsi qəbul olunan deyil”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol