• $
  • €
  • ₽
  • ₺
  • £

"Moskva" univermağındakı qızıllar əriyib

"Moskva" univermağındakı qızıllar əriyib
14.03.2014 11:04
Bu gün səhər saatlarında "Moskva" univermağında başlayan yanğın nəticəsində satıcılara xeyli ziyan dəyib. Bu barədə məlumatı ANS PRESS-in hadisə yerindəki əməkdaşına satıcılar veriblər.

Onların sözlərinə görə, əsas ziyan birinci mərtəbədə yerləşən eskalatorun yanındakı mağazalara dəyib. Belə ki, yanğın məhz burdan başlayıb. "Biz qızıl-zinət əşyalarını dünən axşam seyflərə yığıb getmişdik. Alov seyfdəki qızılları əridib. Demək olar ki, heç nə ələ gəlməyib".

Satıcıların sözlərinə görə, onlara minlərlə manat dəyərində ziyan dəyib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli "Moskva" ticarət mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən ziynət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol